Qaynar xətt:

(+99450) 247 90 86

Xanım direktora HÜCUM olundu - Cəza verildi

Xanım direktora HÜCUM olundu - Cəza verildi

KRİMİNAL

102

23.06.2026, 16:29

Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Oxu24.com “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində A.Alxanov adına orta məktəbdə baş verib.

1982-ci il təvəllüdlü Elxan Ağayev həyat yoldaşı ilə məktəbə daxil olaraq direktor Gülnurə Babaşovaya hücum edib, kabinetini dağıdaraq oradakı marker qabını onun üzərinə atıb, nəticədə, baş nahiyəsinə xəsarət yetirib. Həmçinin uca səslə təhqiramiz ifadələr işlədərək məktəbin iş rejimini pozub.

Bildirilib ki, hadisədən bir müddət əvvəl Elxan həyat yoldaşının orta məktəbdə texniki işçi vəzifəsinə təyin olunması üçün müxtəlif qurumlara müraciət edib. Lakin G.Babaşova Elxanın pis vərdişlərinin olduğunu və aqressiv şəxs kimi tanındığını iddia edərək onun arvadını işə götürməkdən imtina edib. Bunu öyrənən 44 yaşlı kişi məktəbə hücum edərək direktorla münaqişə yaradıb.

Faktla bağlı Şamaxı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə açılmış iş baxılması üçün məhkəməyə göndərilib.

Məktəb direktoru məhkəmədən ona cəza verilməsini istəyib. Lakin məhkəmə Elxanın ilk dəfə cinayət törətməsini, azyaşlı övladlarını və digər halları nəzərə alaraq, sınaq müddəti verilməklə şərti cəza təyin edib.