Əsgərimiz qəfil HƏYATINI İTİRDİ
10 Noyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11374
23.06.2026, 15:12
Qəbul imtahanlarında bərabərlik mümkündürmü? Repetitorluq müzakirəsi genişlənir
Elm və Təhsil naziri Emin Əmrullayevin “Hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə tam üst-üstə düşmür. Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil” fikri cəmiyyətdə və təhsil ictimaiyyətində müzakirələrə səbəb olub.
Nazirin etiraf etdiyi bu reallıq fonunda qəbul imtahanlarında sosial bərabərliyi və ədalətli rəqabəti təmin etmək üçün hansı sistem islahatlarının zəruri olduğu sualı aktuallaşıb.
Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli öz mülahizələrini və təkliflərini Oxu24.com-la bölüşüb.
Ekspert qeyd edib ki, nazirin bu fikri əslində acı bir reallığın etirafıdır. Onun sözlərinə görə, repetitorluq öz-özlüyündə bir səbəb deyil, mövcud təhsil sisteminin doğurduğu bir nəticədir.
“İnzibati qadağalar qara bazar yarada bilər”
Əmrah Həsənli bildirib ki, qəbul imtahanlarının ağırlığı ilə orta məktəb proqramı arasındakı uçurumu aradan qaldırmadan repetitorluq institutunu inzibati yollarla ləğv etmək qeyri-mümkündür:
“Bu institutu qadağalarla ləğv etmək cəhdi sadəcə təhsildə “qara bazar” yarada bilər. Əgər biz repetitorluğu qadağan edə bilmiriksə, onun yaratdığı sosial qeyri-bərabərliyi kompensasiya edəcək və məktəbin itirilmiş çəkisini bərpa edəcək sistem islahatlarına getməliyik”.
Ekspert vurğulayıb ki, start nöqtəsində hamı üçün eyni sosial-iqtisadi imkanları yaratmaq qeyri-mümkün olsa da, dövlətin əsas funksiyası imtahan modelini elə qurmaqdır ki, orada maddi imkan deyil, şagirdin fərdi potensialı və zəkası ön plana çıxsın.
Təhsil eksperti repetitorluğun yaratdığı qeyri-bərabərliyi aradan qaldırmaq üçün konkret islahat paketini təqdim edib:
“Maddi imkanı yaxşı olan ailələr ən yaxşı repetitorları tutduğu halda, ucqar kəndlərdə və ya az təminatlı ailələrdə böyüyən uşaqlar bu şansdan məhrum olurlar. Dövlət adaptiv öyrənmə platformalarını — yəni süni intellekt dəstəkli, fərdiləşdirilmiş rəqəmsal repetitor sistemlərini tamamilə pulsuz və hər bir şagird üçün əlçatan etməlidir ki, imkanı olmayan uşaqlar da bu rəqabətə qoşula bilsinlər.
Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanların modeli dəyişməlidir. Mövcud sistem şagirdlərdən dərin akademik bilikləri və faktları əzbərləməyi tələb edir ki, bunu da repetitorlar öyrədir. İmtahanlar PISA və SAT modellərində olduğu kimi, funksional savadlılığı, məntiqi və tənqidi təfəkkürü qiymətləndirməyə yönəlməlidir. Mexaniki əzbərçilik əhəmiyyətini itirməlidir, çünki analiz etmək və mətnlə işləmək bacarığı bir neçə aylıq repetitor yanında deyil, orta məktəbdə sistemli şəkildə formalaşdırılır”.
Ekspertin sözlərinə görə, həmçinin, yuxarı siniflərdə təmayülləşmə modeli sistemli və artan tendensiya ilə genişləndirilməlidir (məsələn, hər 3-5 məktəbdən birində tətbiq olunmaqla). Şagird məktəb daxilində yalnız qəbul olacağı ixtisas qrupuna aid fənləri seçməli və məktəb proqramı DİM-in qəbul çərçivəsi ilə 100% uzlaşmalıdır.
Müəllimlərin sosial rifahının yüksəldilməsi və sertifikasiya islahatları yeni mərhələyə keçməlidir. Məktəbdə uğurlu nəticə göstərən, şagirdi universitetə qəbul olan müəllim dövlət tərəfindən ciddi şəkildə bonus almalıdır. Müəllim bilməlidir ki, keyfiyyətli dərsi repetitor otağında yox, məktəb sinfində keçməklə həm maddi, həm də mənəvi baxımdan eyni qazancı əldə edə bilər.
“Ali təhsil müəssisələrinə qəbulda alternativ yollar açılmalıdır. Bütün ölkəni vahid bir günlük imtahan marafonuna tabe etmək sosial gərginliyi və repetitor asılılığını daha da artırır.
Biz sistemimizi repetitorluq üzərində inzibati qələbə çalmaq kimi deyil, məktəbi fərdi inkişaf mərkəzinə çevirərək rəqabətə davamlı etməyə kökləməliyik”, — deyə Əmrah Həsənli fikrini tamamlayıb.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin növbəti dövrlərdə hansı praktiki addımları atacağı ictimaiyyət tərəfindən maraqla gözlənilir.
Çimnaz Telmanqızı
14:00 / 10 Noyabr 2026
11
13:44 / 10 Noyabr 2026
60
13:38 / 10 Noyabr 2026
154
13:26 / 10 Noyabr 2026
540
13:24 / 10 Noyabr 2026
87
13:20 / 10 Noyabr 2026
208
13:05 / 10 Noyabr 2026
114
13:00 / 10 Noyabr 2026
106
12:37 / 10 Noyabr 2026
304
12:31 / 10 Noyabr 2026
102
12:21 / 10 Noyabr 2026
443
12:18 / 10 Noyabr 2026
122
12:04 / 10 Noyabr 2026
126
12:00 / 10 Noyabr 2026
291
11:45 / 10 Noyabr 2026
2187
11:42 / 10 Noyabr 2026
103
11:39 / 10 Noyabr 2026
123
11:28 / 10 Noyabr 2026
122
11:16 / 10 Noyabr 2026
214
11:04 / 10 Noyabr 2026
124
10:45 / 10 Noyabr 2026
138
10:39 / 10 Noyabr 2026
930
10:32 / 10 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.