"İran siyasətçilərinin Azərbaycanın və Türkiyənin daxili işlərinə qarışmağa ixtiyarları yoxdur"
13 İyul 2026, 13:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
556
23.06.2026, 15:44
Azərbaycan və Türkmənistan arasında regional əməkdaşlığın gücləndirilməsi və ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə qaldırılması istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə iki ölkə arasında Birgə Bəyanat imzalanıb. Bununla yanaşı, hər iki dövlətin aidiyyəti nazirlik və dövlət qurumlarının rəhbərləri tərəfindən iqtisadiyyat, energetika, nəqliyyat-gömrük, səhiyyə, kənd təsərrüfatı, idman və xarici siyasət sahələrində ikitərəfli saziş, memorandum və proqramlar mübadilə edilib.
Bu sənədlərin mübadiləsi iki ölkə arasında mövcud olan çoxşaxəli əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirir. Xüsusilə energetika və logistika sahələrindəki tərəfdaşlıq regional miqyasda mühüm əhəmiyyət kəsb edir. Hər iki dövlətin siyasi iradəsi və iqtisadi potensialı bu əlaqələrin fundamental əsaslar üzərində qurulduğunu bəyan edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Ramiyə Məmmədli iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsini və gələcək perspektivlərini şərh edib.
Politoloq Ramiyə Məmmədli qeyd edib ki, Azərbaycan və Türkmənistan artıq uzun müddətdir Xəzər dənizi hövzəsinin ətrafında olan ölkələr kimi çox normal münasibətlər sisteminə malikdirlər və bu əlaqələr müsbət axarla davam edir. Onun sözlərinə görə, hazırkı mərhələdə bu münasibətlər həm iqtisadi, həm də siyasi məsələlərdə daha geniş müstəviyə keçərək tərəfdaşlıq münasibətlərinə doğru irəliləyib. Keçmiş illərdə də oxşar xarakterli görüşlərin keçirildiyini xatırladan ekspert, builki danışıqları və imzalanan son sənədləri fərqləndirən əsas cəhətin bu tərəfdaşlığın artıq daha üst səviyyəyə yüksəlməsi və münasibətlərin yeni modelini formalaşdırması olduğunu vurğulayıb.
R.Məmmədli iki ölkə arasında keçmişdə mövcud olan bəzi həll olunmamış məsələlərə də toxunub:
“Əvvəlki dövrlərdə Xəzər hövzəsi ilə bağlı Türkmənistan və Azərbaycan arasında müəyyən narazılıqlar və anlaşılmazlıqlar mövcud idi. Lakin bu gün həmin anlaşılmazlıqların dialoq çərçivəsində, vahid masa arxasında müzakirə olunaraq həll edilməsi hər iki dövlətin gələcək perspektivlər naminə əlindən gələni etdiyini göstərir. Bu yanaşma gələcək logistik yolların daha geniş işlənməsinə şərait yaradır və ölkələri daha sıx tərəfdaşlığa sövq edir”.
Politoloq vurğulayıb ki, bu ölkələr artıq həm energetika, həm də logistika baxımından bir-birlərini tamamilə tamamlamağa başlayıblar. Hər iki dövlətin bu sahədə uzun müddətdir çalışdığını və böyük nailiyyətlər əldə etdiyini deyən həmsöhbətimiz, ikitərəfli formatda iş birliyinin bu uğurları daha da genişləndirəcəyini bildirib. Onun fikrincə, son imzalanan sənədlər həm energetika, həm logistika, həm də siyasi-iqtisadi infrastruktur baxımından genişmiqyaslı bir addımdır.
Açıqlamasının sonunda Ramiyə Məmmədli qeyd edib ki, bu əməkdaşlıq geniş gələcək üçün hesablanıb və regionda baş verən bütün iqtisadi-siyasi hadisələrə öz müsbət təsirini göstərəcək. İmzalanan memorandumlar və sənədlər həm logistik layihələrin genişlənməsinə, həm də iqtisadi rifahın yüksəlməsinə xidmət etməklə, iki ölkənin gələcək birgə addımlarının əsas təminatçısı rolunda çıxış edir.
Çimnaz Telmanqızı
19:09 / 13 İyul 2026
36
18:52 / 13 İyul 2026
49
18:30 / 13 İyul 2026
58
18:00 / 13 İyul 2026
62
17:40 / 13 İyul 2026
68
17:36 / 13 İyul 2026
70
17:30 / 13 İyul 2026
66
17:30 / 13 İyul 2026
84
17:13 / 13 İyul 2026
70
17:06 / 13 İyul 2026
83
17:05 / 13 İyul 2026
86
16:55 / 13 İyul 2026
72
16:49 / 13 İyul 2026
75
16:25 / 13 İyul 2026
83
16:20 / 13 İyul 2026
78
16:02 / 13 İyul 2026
107
15:44 / 13 İyul 2026
92
15:40 / 13 İyul 2026
85
15:39 / 13 İyul 2026
91
15:07 / 13 İyul 2026
98
15:03 / 13 İyul 2026
88
14:57 / 13 İyul 2026
217
14:49 / 13 İyul 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.