Təzyiqi aşağı salan 5 əsas qida
10 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
658
23.06.2026, 19:30
Müasir dövrdə təşviş pozuntusu və depressiyadan əziyyət çəkən bir çox insan həkim təyinatı ilə antidepressantlardan istifadə edir. Lakin bu müalicə müddətində pasiyentlərin diqqət yetirməli olduğu bəzi həyati məqamlar var ki, bunlara əməl edilməməsi müalicənin effektini azalda, hətta orqanizmə ciddi ziyan vura bilər.
Psixiatr Orxan Fərəcli təşviş pozuntusu olan və antidepressant qəbul edən şəxslərə qətiyyən etməməli olduqları qaydaları Oxu24.com-a açıqlayıb.
Onun sözlərinə görə müalicənin uğurlu olması üçün gecə yuxusu mütləqdir:
“Pasiyentlər hər gün eyni vaxtda — tez yatıb, tez oyanmağa vərdiş etməlidirlər. Yuxusuzluq təşviş hissini birbaşa tətikləyən əsas amillərdən biridir. Antidepressant müalicəsi zamanı spirtli içkilərdən tamamilə uzaq durmaq lazımdır. Alkoqol dərmanların kimyəvi təsirini dəyişdirərək həm yan təsirləri artıra, həm də depressiv vəziyyəti daha da pisləşdirə bilər”.
Eyni zamanda psixiatr tərkibində yüksək miqdarda kafein olan kofe və energetik içkilərdən istifadəni maksimum dərəcədə məhdudlaşdırmaq lazım olduğunu da qeyd edib:
“Kafein ürək döyüntüsünü artıraraq insanda süni həyəcan və panika hissi yaradır.
Antidepressant qəbul edənlərə qreypfrut yemək və ya onun şirəsini içmək qətiyyən olmaz. Bu meyvə qaraciyərdə dərmanların parçalanmasını ləngidir ki, bu da qanda dərmanın dozasının təhlükəli həddə çatmasına və ciddi zəhərlənmələrə yol aça bilər.
Pasiyentlər həkim verilişlərinə baxmaqdan və internetdə davamlı olaraq xəstəlik simptomları axtarmaqdan uzaq durmalıdırlar. Bu növ məlumatlar təşviş pozuntusu olan şəxslərdə qorxu və obsessiyanı daha da dərinləşdirir”.
Əlavə olaraq Orxan Fərəcli vurğulayıb ki, hər dəqiqə başında təzyiqi ölçmək, nəbzi yoxlamaq kimi asılılıq yaradan vərdişlərdən əl çəkmək lazımdır. Bu hərəkətlər insanı qorxu içində saxlayır və müalicə prosesinə mane olur.
Unutmayın! Həkim tövsiyələrinə düzgün əməl etmək və zərərli vərdişlərdən uzaq durmaq sağalma prosesini sürətləndirən ən mühüm addımdır. Müalicə müddətində özünüzü qoruyun və hər hansı bir narahatlıq zamanı birbaşa müalicə həkimi ilə məsləhətləşin.
Jalə
13:44 / 10 Noyabr 2026
1
13:38 / 10 Noyabr 2026
43
13:26 / 10 Noyabr 2026
146
13:24 / 10 Noyabr 2026
67
13:20 / 10 Noyabr 2026
134
13:05 / 10 Noyabr 2026
101
13:00 / 10 Noyabr 2026
101
12:37 / 10 Noyabr 2026
241
12:31 / 10 Noyabr 2026
97
12:21 / 10 Noyabr 2026
400
12:18 / 10 Noyabr 2026
114
12:04 / 10 Noyabr 2026
116
12:00 / 10 Noyabr 2026
277
11:45 / 10 Noyabr 2026
2060
11:42 / 10 Noyabr 2026
99
11:39 / 10 Noyabr 2026
120
11:28 / 10 Noyabr 2026
118
11:16 / 10 Noyabr 2026
211
11:04 / 10 Noyabr 2026
121
10:45 / 10 Noyabr 2026
135
10:39 / 10 Noyabr 2026
915
10:32 / 10 Noyabr 2026
118
10:28 / 10 Noyabr 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.