Bakıda kütləvi dava: bıçaqlananlar var – Adlar
13 Noyabr 2026, 12:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
577
11.03.2026, 17:49
Vəkil Cavidan Osmanlı və vəkil Ceyhun Yusifovla bağlı edilən şikayət əsasında fakt üzrə cinayət işi başlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, zərərçəkən Aygün Məhərrəmova dələduzluğa məruz qalması iddiası ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. İddiaya görə, o, ötən ilin iyul ayında Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Ceyhun Yusifovun ofisinə gedərək onunla görüşüb. C.Yusifov onu evlə bağlı apellyasiya məhkəməsində gedən işində hüquqlarını müdafiə etməsi üçün vəkil Cavidan Osmanlı ilə tanış edib. İddia olunub ki, C.Osmanlı A.Məhərrəmovaya məxsus mənzilin Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə qaytarılacağı vədini verərək ondan 21 min 200 manat pul alıb və ona məhkəmənin adından saxta icra vərəqəsi təqdim edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddəsi ilə cinyət işi başlanılıb. Zərərçəkənin vəkili İmran Ələkbərov məlumatı APA-ya təsdiq edib.
Qeyd edək ki, ötən ilin sentyabrında Vəkil Cavidan Osmanlıdan edilən şikayət üzrə Pirallahı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İttihama görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinib.
12:45 / 13 Noyabr 2026
11
12:32 / 13 Noyabr 2026
52
12:20 / 13 Noyabr 2026
51
12:17 / 13 Noyabr 2026
49
12:08 / 13 Noyabr 2026
293
11:55 / 13 Noyabr 2026
73
11:45 / 13 Noyabr 2026
129
11:40 / 13 Noyabr 2026
78
11:21 / 13 Noyabr 2026
249
11:15 / 13 Noyabr 2026
89
11:12 / 13 Noyabr 2026
151
11:00 / 13 Noyabr 2026
91
10:50 / 13 Noyabr 2026
87
10:45 / 13 Noyabr 2026
124
10:39 / 13 Noyabr 2026
102
10:25 / 13 Noyabr 2026
105
10:22 / 13 Noyabr 2026
193
10:20 / 13 Noyabr 2026
91
10:08 / 13 Noyabr 2026
416
10:02 / 13 Noyabr 2026
94
09:51 / 13 Noyabr 2026
187
09:46 / 13 Noyabr 2026
1313
09:44 / 13 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.