Qaynar xətt:

(+99450) 247 90 86

Avtovağzal əməkdaşı iş başında dünyasını dəyişdi 

2025/01/04/1735990349_ambulans-1.jpg

KRİMİNAL

90

10.02.2026, 20:53

Sumqayıtda avtovağzal əməkdaşı iş başında dünyasını dəyişib.

 

Oxu24.com  xəbər verir ki, hadisə Sumqayıt şəhər avtovağzalı ərazisində ölüm hadisəsi qeydə alınıb.

 

Məlumata görə, müəssisədə çalışan, 1967-ci il təvəllüdlü Xalid Alışanov iş prosesində olarkən qəfil özünü pis hiss edib.

 

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib və kişi yerindəcə vəfat edib.

 

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb. (teleqraf)