Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
02 Oktyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11441
10.02.2026, 22:16
Pensiyalarda 9,2 faizlik artım təsdiqləndi. İndi isə diqqətlər sosial müavinətlərə və veteranlara ödənilən yardımların taleyinə yönəlib. Maraqlıdır, veteran müavinətlərində artım gözlənilirmi?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı artıq rəsmi qərar mövcuddur və pensiyalar müvafiq qaydada artırılacaq.
Onun sözlərinə görə, indeksləşmə yalnız pensiya və əməkhaqqı kimi daimi ödənişlərə tətbiq olunur:
“Əmək pensiyaları indeksləşmədən sonra həmin faiz qədər artırılacaq. Bu barədə qərar var. Lakin sosial müavinətlər, o cümlədən veteran müavinətləri pensiya hesab olunmadığı üçün indeksləşməyə tabe deyil. Çünki bunlar sosial yardım xarakteri daşıyır”.
V.Oruc qeyd edib ki, indeksləşmə anlayışı inflyasiya səviyyəsi, istehlak səbətindəki dəyişikliklər və orta əməkhaqqının əvvəlki illə müqayisədə artımı kimi göstəricilərə əsaslanır:
“İndeksləşmə yalnız daimi ödənişləri əhatə edir. Hər hansı sosial yardımdan söhbət gedirsə, o, indeksləşmir. Sadəcə olaraq, sosial yardımın məbləği ayrıca qərarla artırıla bilər”.
Ekspert əlavə edib ki, Azərbaycan sosial dövlət olduğu üçün indeksləşmədən sonra sosial müavinətlər və veteranlar üçün müəyyən olunmuş ödənişlərin artırılması məqsədəuyğun olardı:
“İndeksləşmənin sosial müavinətlərə aidiyyəti yoxdur. Amma dövlət tərəfindən bu müavinətlərin artırılması istiqamətində ayrıca qərarların qəbul edilməsi arzuolunandır”.
02:00 / 02 Oktyabr 2026
97
00:03 / 02 Oktyabr 2026
151
23:54 / 01 Oktyabr 2026
95
23:41 / 01 Oktyabr 2026
137
23:12 / 01 Oktyabr 2026
145
23:00 / 01 Oktyabr 2026
116
22:53 / 01 Oktyabr 2026
104
22:52 / 01 Oktyabr 2026
118
22:50 / 01 Oktyabr 2026
191
22:42 / 01 Oktyabr 2026
92
22:31 / 01 Oktyabr 2026
103
22:24 / 01 Oktyabr 2026
134
22:18 / 01 Oktyabr 2026
265
22:07 / 01 Oktyabr 2026
110
21:42 / 01 Oktyabr 2026
100
21:41 / 01 Oktyabr 2026
122
21:31 / 01 Oktyabr 2026
103
21:29 / 01 Oktyabr 2026
113
21:26 / 01 Oktyabr 2026
304
21:25 / 01 Oktyabr 2026
89
21:19 / 01 Oktyabr 2026
97
21:15 / 01 Oktyabr 2026
91
21:08 / 01 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.