Ürək qüsurlu şəxsin pensiyası niyə kəsilib?– RƏSMİ CAVAB
02 İyun 2026, 17:52
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
3241
10.02.2026, 21:09
"Azəriqaz" əməkdaşları qarlı havada imkansız ailəni qazsız qoyub.
Bu barədə Oxu24.com-a müraciət edən Ucar rayonu,Qazyan kənd sakini Abdullayev Rasim Məhəmməd oğlu bildirib.
Kənd sakininin sözlərinə görə,bu gün "Azəriqaz"-ın əməkdaşı onların evinə gəlib və 200 AZN limiti keçdiklərini deyiblər.
"Qaza baxan nəzarətçi gəldi və 200 manat borcumuzun olduğunu bizə dedi.Ona bizdə smart tipli sayğac olduğunu və hər ay kartla ödəniş etdiyimizi bildirdik.Dedilər ki,bu pulu verməsəniz,qazınız kəsiləcək.Kasıb ailəyik,işləmirik.Pensiyaçı həyat yoldaşım,özüm və azyaşlı körpə övladı olan qızımla birgə yaşayırıq.İndiki halda onların iddia etdiyi 200 manatı verə bilmədik.Qazı kəsib,getdilər.Hazırda ölkədə çovğun və qarla bağlı xəbərdarlıq edilib.Bu,soyuqda körpə uşaqla nə edəcəyimizi bilmirik.Səsimizi rəhbər şəxslərə çatdırmağınızı xahiş edirik",-deyə vətəndaş bildirib.
Oxu24.com məsələ ilə bağlı "Azəriqaz"ın Ucar rayon şöbəsinin rəisi Məlikməmməd Mehdiyevlə əlaqə saxlayıb.O,Nazirlər Kabinetinin borcu olan abanentlərin qazının dayandırılması barədə qərarının olduğunu qeyd edib.
"Biz Nazirlər Kabinetinin müvafiq qərarı ilə qazı dayandırmışıq.Abanentin borcu var.Onun sayğacında qaz sərfiyyatı düzgün hesablanmayıb.Texniki problem olub",-deyə idarə rəisi bildirib.
Xatırladaq ki,qaz sayğaclarına nəzarət "Azəriqaz" əməkdaşlarının sahə üzrə təhkim edilmiş əməkdaşının vəzifə borcudur.Hər ay qaz sayğacının göstəricilərinin qeydə alınması və abanentə bildiriş-xəbərdarlıq təqdim olunması təmin olunmalıdır.Görünən odur ki,"Azəriqaz" əməkdaşı işinə səhlənkar yanaşdığı üçün vaxtında sayğacda yarandığı iddia edilən texniki problemi qeydə ala bilməyib.
İndiki halda heç bir rəsmi bildiriş-xəbərdarlıq edilmədən abanentin qazının dayandırılması nə dərəcədə qanunidir?Hava şəraiti və ailənin sosial vəziyyəti nəzərə alınmalı deyilmi?
Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevə də sorğu ünvanladıq.O,məsələ ilə bağlı açıqlama verəcəyini desə də,sonradan zənglərimizə cavab vermədi.
Qeyd edək ki,Ucar rayonunda bu il sakinlərə kütləvi şəkildə borcların yazılması barədə mətbuatda çoxsayda şikayətlər yayılıb.Bir çox vətəndaş istifadə etmədiyi qaza görə,onlara borc yazıldığını bildirib.
Mövzuya daha ətraflı qayıdacağıq.
Miri Məcidli
01:31 / 31 Avqust 2026
117
23:17 / 30 Avqust 2026
290
22:54 / 30 Avqust 2026
176
21:59 / 30 Avqust 2026
179
21:17 / 30 Avqust 2026
173
21:17 / 30 Avqust 2026
143
20:11 / 30 Avqust 2026
132
20:05 / 30 Avqust 2026
85
19:27 / 30 Avqust 2026
224
18:36 / 30 Avqust 2026
692
18:33 / 30 Avqust 2026
146
17:55 / 30 Avqust 2026
198
17:25 / 30 Avqust 2026
146
17:15 / 30 Avqust 2026
131
17:10 / 30 Avqust 2026
1034
16:55 / 30 Avqust 2026
139
16:55 / 30 Avqust 2026
170
16:35 / 30 Avqust 2026
126
16:30 / 30 Avqust 2026
136
16:28 / 30 Avqust 2026
832
16:04 / 30 Avqust 2026
667
15:29 / 30 Avqust 2026
1022
15:15 / 30 Avqust 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.