Bitki yağlarında xolesterin varmı?
23 Mart 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1672
10.02.2026, 21:55
Cəbrayıl rayon sakini Aslanov Nihat Novruz oğlunun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan tibbi müayinələrdən sonra verilən rəydən narazı olması barədə məlumat vermişdik.
Çağırışçı müraciətində qolunda ömürlük metal konstruksiyanın (mil) olması və sümük bitişməməsi faktına görə,hərbi xidmətə yararlı hesab olunmasını qanunsuz kimi qəbul edir.O,bu vaxta qədər aparılan müayinələrdə ona hərbi xidmətə yararsız kimi rəy verildiyini əsas gətirir.
Vətəndaşın müraciəti ilə bağlı Oxu24.com-un sorğusuna Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov cavab bildirib.
"Cəbrayıl rayon sakini Aslanov Nihat Novruz oğlunun 07.01.2026-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinəsi aparılıb.
Vətəndaşın müayinə nəticələrinə əsasən, hazırki vəziyyətində müəyyən edilən diaqnoz müvafiq qanunvericiliyə uyğun olaraq hərbi xidmətə çağırışa möhlət (və ya yararsızlıq) hüququ yaratmır.
Vətəndaşın müraciəti əsasında Apellyasiya Şurası tərəfindən 23.01.2026-cı il tarixində işinə yenidən baxış keçirilib və qəbul edilmiş qərar dəyişdirilmədən qüvvədə saxlanılıb",-deyə açıqlamada qeyd olunub.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov də açıqlama verib.
"Həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətlənləndirilməsi üzrə yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılır.
Yekun tibbi müayinəni Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.
Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən Agentliyin “Vətəndaşların qəbulu” altsisteminə göndəriş (Forma 44) daxil edilir.
Göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir.
Növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir.
Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.
Onu da bildirək ki, çağırışçı yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarla razılaşmadığı halda, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət ərizə ilə müraciət edə bilər",-deyə açıqlamada qeyd olunub.
Həmçinin oxuyun
Məsələ ilə bağlı hüquqşünas Vüqar Dadaşov Oxu24.com-un suallarını cavablandırıb.
Hüquqşünas bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və onun tabeliyində fəaliyyət göstərən tibbi mərkəzlərin vətəndaşı hərbi xidmətə yararsız hesab etməsi, lakin eyni şəxsin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi həkim komissiyalarının tərəfindən sağlam (və ya əmək qabiliyyətli) sayılması dövlət orqanları arasında ziddiyyətli inzibati qərarların mövcudluğu kimi, həm də dövlət orqanları arasında əlaqələndirmənin uyğunsuzluğunu göstərir.
"Həmçinin, bu fakt özü bəzi qurumlar tərəfindən sosial məsələlərə normativ prosedur qaydalarla deyil, fərdi yanaşmanın tətbiqini sübut edir. İki inzibati dövlət orqanının bir konkret məsələyə fərqli və ziddiyətli qərarı artıq hüquqi mübahisə yaradan hal olmaqla, məsələnin inzibati qaydada aradan qaldırılması mümkün olmadıqda məhkəmə predmetinə çevrilir. Əvvəla qeyd edilməlidir ki, əgər Səfərbərlik Xidməti vətəndaşı mövcud xəstəliyi fonunda hərbi xidmətə cəlb edərsə və sonradan həmin xəstəliyin real və xidmətə mane olan hal olduğu təsdiqini taparsa, bu zaman şəxsin sağlamlığına vurulmuş zərərə görə dövlətin hüquqi məsuliyyəti məsələsi yarana bilər”.
V. Dadaşov onu da qeyd edib ki, əgər Səfərbərlik Xidmətinin müvafiq tibbi qərarı DTSERA tərəfindən qəbul edilmirsə, başqa sözlə, orqanlar arasında tibbi vəziyyətə dair ziddiyyətli hüquqi mövqe mövcuddursa və DTSERA şəxsi tam sağlam hesab edirsə, bu hal artıq inzibati mübahisə predmeti kimi məhkəmə baxışına aid edilir.
Hüquqşünasın fikrincə, məhkəmə predmeti olan məsələnin həlli üçün ilkin mərhələdə DTSERA -nın qərarından inzibati qaydada şikayət verilməsi və müstəqil tibbi ekspertizanın keçirilməsinin tələb olunması hüquqi baxımdan məqsədəuyğundur.
"Əgər həmin şikayət təmin olunmaz və qərar dəyişdirilməzsə, vətəndaş DTSERA-nın qərarının qanunsuz hesab edilərək ləğv olunması barədə inzibati məhkəməyə iddia ilə müraciət edə bilər. Məhkəmə baxışı zamanı məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsi gündəmə gələcəkdir. Bu ekspertiza dövlət orqanlarının əvvəlki tibbi rəylərindən fərqli olaraq prosessual statusa malik sübut hesab olunur. Həmin mərhələdə DTSERA ilə Səfərbərlik Xidməti arasında mövcud olan ziddiyyətli tibbi rəylər və inzibati qərarlar məhkəmə tərəfindən hüquqi qiymətləndirilməyə cəlb ediləcəkdir”
Hüquqşünas hesab edir ki, paralel olaraq, məhkəmə prosesi davam etdiyi müddətdə şəxsin hərbi xidmətə cəlb edilməsinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyinə və Nazirliyin Baş Hərbi Tibbi Komissiyasına yazılı müraciət edilməsi gərəkdir.
"Çünki hərbi xidmətə yararlılıq məsələsində əsas ixtisaslaşmış tibbi qərarverici orqan hərbi-həkim komissiyasıdır və onların rəyi məhkəmə baxışında mühüm sübut kimi qəbul edilir. Əgər vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınmadan onun hərbi xidmətə cəlb edilməsi istiqamətində qanunsuz hərəkətlər baş verərsə, inzibati orqanların fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilməsi hüquqi əsaslara malikdir. Eyni zamanda İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) müraciət edilməsi də vətəndaşın hüquqlarının müdafiəsi baxımından məqsədəuyğundur”.
“Sağlamlıq riski şəraitində hərbi xidmətə məcburi cəlbetmə halları olduqda isə Hərbi Prokurorluğa müraciət edilməsi xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan hüquqşünas şikayətçi tərəfin digər hüquqlarını da xatırladıb:”Yekun olaraq qeyd edilməlidir ki, inzibati məhkəmə tərəfindən DTSERA-nın qərarının ləğv edilməsi halında, vətəndaşın uzun müddət əsassız inzibati süründürməçiliyə məruz qalması, psixoloji gərginlik yaşaması və hüquqlarının pozulması nəzərə alınaraq mənəvi zərərin ödənilməsi barədə ayrıca tələb irəli sürülməsi də mümkündür- deyə hüquqşünas Vüqar Dadaşov vurğulayıb.
Xatırladaq ki, bu ilin 7 fevralında Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edən Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqovun vərəm xəstəsi olduğu bildirilir.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev feysbukda paylaşım edib.
O bildirib ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş:
“Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir.
Əgər əsgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib, hərbi hissə niyə xəstə əsgəri geri qaytarmayıb, yox əgər əsgər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır”.
Həmçinin bu ilin yanvarında 2007-ci il təvəllüdlü oğlu Sirəfilov Dəyanət Məhərrəm oğlunun anadangəlmə ağır dərəcəli görmə zəifliyindən əziyyət çəkdiyi halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılması mediada gündəm yaratmışdı.
Əntiqə Rəşid
01:01 / 23 Mart 2026
331
00:31 / 23 Mart 2026
1076
00:29 / 23 Mart 2026
1274
00:27 / 23 Mart 2026
406
00:08 / 23 Mart 2026
1104
00:08 / 23 Mart 2026
147
23:57 / 22 Mart 2026
140
23:55 / 22 Mart 2026
149
23:31 / 22 Mart 2026
523
23:28 / 22 Mart 2026
190
23:24 / 22 Mart 2026
1490
23:19 / 22 Mart 2026
120
23:02 / 22 Mart 2026
194
23:00 / 22 Mart 2026
111
22:43 / 22 Mart 2026
133
22:36 / 22 Mart 2026
4520
22:31 / 22 Mart 2026
197
22:27 / 22 Mart 2026
123
22:23 / 22 Mart 2026
164
22:20 / 22 Mart 2026
88
21:58 / 22 Mart 2026
154
21:45 / 22 Mart 2026
1689
21:41 / 22 Mart 2026
505
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.