“Aztelekom” sabiq direktorunun oğlu məhkəməyə gəlmir
31 İyul 2025, 14:43
Qaynar xətt:
(+99450) 247 90 86Azərbaycanda məhkəmə sədri özü barədə qərar çıxardı - Açıqlama
KRİMİNAL
257
05.05.2025, 16:45
Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.
İşə hakim Əliyeva Gülsüm Kamal qızı baxmalı imiş. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib-yəni işə baxmaqdan imtina edib. G.Əliyeva cinayət işinə onun tərəfindən baxılmasını obyektivliyin təmin olunması baxımından məqsədəmüvafiq hesab etməyib.
Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.
Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və qanunvericiliyə əsasən, özü özünə etiraz edib. Həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.
***
Həmçinin oxuyun
Naxçıvan Şəhər Məhkəməsi tərəfindən məsələ ilə bağlı açıqlama yayılıb.
Bildirilib ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarına riayət edilərək Naxçıvan Şəhər Məhkəməsinə verilib. Məhkəmənin hakimi Əliyeva Gülsüm Kamal qızı obyektivliyin təmin olunması baxımından işə onun tərəfindən baxılmasına dair öz-özünə etiraz edib.
Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 109.3.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri həll edir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən, özü-özünə etiraz etmiş hakimin etirazına baxmalı olan məhkəmənin sədri iş üzrə tərəf (xüsusi ittiham qaydasında şikayət vermiş şəxs) Gülnar Səfərəliyeva olduğundan etiraza baxılması məsələsi məhkəmənin sədri tərəfindən həll edilməsinin cinayət prosessual qanunvericiliyin tələbinə zidd olması nəzərə alınaraq iş və hakimə etiraz baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.
Əlavə olaraq qeyd olunub ki, Naxçıvan Şəhər Məhəməsinin sədri hakim Gülnar Səfərəliyeva özü haqqında qərar qəbul etməyib və hakimə etiraz məsələsinə baxmayıb. Hakimin özü-özünə etirazı (Withdrawal of judges of theirown motion) isə yalnız Azərbaycan Qanunvericiliyində yox, digər ölkə qanunvericiliklərində də nəzərdə tutulmuş prinsipdir.
16:09 / 31 İyul 2025
Türkiyə-Gürcüstan əməkdaşlığı dərinləşir
20
15:10 / 31 İyul 2025
Lavrov: Rusiya Suriyada vəziyyəti normallaşdırmaq istəyir
25
15:06 / 31 İyul 2025
Rusiyada 8,8 bal gücündə zəlzələdən sonra vulkan püskürüb
27
14:43 / 31 İyul 2025
“Aztelekom” sabiq direktorunun oğlu məhkəməyə gəlmir
58
14:30 / 31 İyul 2025
Rusiya Afrikaya üz tutdu
34
14:26 / 31 İyul 2025
Azərbaycanda zəlzələ oldu
690
14:20 / 31 İyul 2025
Medvedev Trampla internetdə mübahisə edib
39
14:19 / 31 İyul 2025
Yarışda dəhşət yaşandı: İnsanlar öldülər (18+)
52
14:16 / 31 İyul 2025
Lukaşenkodan səfərbərlik tələbi
36
14:15 / 31 İyul 2025
Qazaxıstan Rusiyanın xidmətlərindən imtina edib
44
14:12 / 31 İyul 2025
Tramp Moskvanın cəza müddətini qısaldıb
35
14:10 / 31 İyul 2025
Sinoptik: Moskvalıları həftənin sonuna qədər qızmar gecələr gözləyir
40
14:05 / 31 İyul 2025
Politico: Tramp AB-dən Rusiya enerjisini almağı dayandırmağı tələb edir
38
13:56 / 31 İyul 2025
Kürdəmirlilərə şad xəbər: Prezident sərəncam İMZALADI
191
13:40 / 31 İyul 2025
Litvanın baş naziri istefa verib
44
13:39 / 31 İyul 2025
Attraksion qırıldı: İnsanlar yerə çırpıldı
149
13:29 / 31 İyul 2025
Prezident Fərman İMZALADI
557
13:25 / 31 İyul 2025
İran ABŞ-dən kompensasiya istəyir
41
13:20 / 31 İyul 2025
Lukaşenko ABŞ və Belarus arasında münasibətlərdən danışıb
41
13:15 / 31 İyul 2025
Kanada Fələstini tanımaq istəyir
36
13:05 / 31 İyul 2025
Paşinyanın ofisindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
47
13:00 / 31 İyul 2025
Tanınmış həkim VƏFAT ETDİ
375
13:00 / 31 İyul 2025
Çin Amerika neftini almağı dayandırır
49
12:46 / 31 İyul 2025
Rusiya-Suriya danışıqları BAŞLADI
45
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.