Gəncədə 28 yaşlı kişi bıçaqlanıb
20 Avqust 2026, 22:02
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
361
30.04.2025, 19:29
“Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.
AQTA-dan Oxu24.com-a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra agentliyin müfəttişləri hadisə yerində olub.
Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.
Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, “Venesiya” şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.
Qeyd edək ki, “Qafqazinfo”da bu gün restoranlarda xoşagəlməz durumla bağlı yazı gedib. Həmin materialda “Venesiya”nın adı qeyd olunub və zəhərlənmə hadisəsi baş verməsinə baxmayaraq, səhəri gün digər məclisin keçirilməsi qınanılıb. Nəhayət bu gün - kütləvi zəhərlənmədən 11 gün sonra şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı.
00:06 / 21 Avqust 2026
104
00:02 / 21 Avqust 2026
116
23:56 / 20 Avqust 2026
158
23:51 / 20 Avqust 2026
119
23:30 / 20 Avqust 2026
760
23:29 / 20 Avqust 2026
89
23:29 / 20 Avqust 2026
101
23:11 / 20 Avqust 2026
555
22:55 / 20 Avqust 2026
116
22:02 / 20 Avqust 2026
122
21:50 / 20 Avqust 2026
75
21:38 / 20 Avqust 2026
96
21:24 / 20 Avqust 2026
201
20:56 / 20 Avqust 2026
101
20:20 / 20 Avqust 2026
72
20:05 / 20 Avqust 2026
100
19:43 / 20 Avqust 2026
91
19:29 / 20 Avqust 2026
83
19:09 / 20 Avqust 2026
138
18:58 / 20 Avqust 2026
173
18:49 / 20 Avqust 2026
121
18:41 / 20 Avqust 2026
93
18:35 / 20 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.