DİN açıqlama yaydı: 4 nəfər ölüb
18 Noyabr 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
487
29.04.2025, 13:09
Bakıda film kimi hadisə yaşanıb.
Oxu24.com xəbər verir ki, ayıq sürücünün etdiyi hərəkət başına bəla olub. Müştəri Nizami küçəsindən ("Tarqovı") adlanan ərazidən Nəsimiyə getmək üçün ayıq sürücü çağırıb. Taksi sürücüsü isə içkili müştərinin 7 manat təşkil edən gediş haqqına görə kartından 700 manatı özünə göndərib.
Artıq sürücü həbs edilib.
Taksi sürücüsü və "ayıq sürücü" kimi də xidmət göstərən Orxan H. barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Şakir adlı şəxs Səbail rayonu, "Tarqovı" kimi bilinən ərazidə yerləşən restoranların birində spirtli içkidən istifadə edib. Evinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan Orxan H.-nın avtomobilinə əyləşib.
Təqsirləndirilən şəxs onu "Tarqovı"dan yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə aparıb. Üzərində nağd pul olmayan müştəri mobil telefondakı tətbiq vasitəsilə kartdan karta köçürməklə ödəniş etmək istəyib. Spirtli içkinin təsirinə görə gözü yaxşı görməyən müştəri telefonunu taksi sürücüsünə verərək öz kartına 7 manat ödəniş etməsini xahiş edib.
Bir gün sonra kartdan başqa bir karta 700 manat pul köçürüldüyünü aşkar edib. O, pulu geri qaytarmasını tələb etsə də, qarşı tərəf boyun qaçırıb.
Məhkəmənin qərarı ilə, ayıq sürücü 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.milli.az
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.