Gəncədə qadın evində qətlə yetirilib, oğlu şübhəli bilinir
21 Avqust 2026, 19:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1025
24.04.2025, 10:28
Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Oxu24.com-a verilən xəbərə görə, 6-si kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfə əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
***
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, qəza Qaradağ rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya açıqlamasında bildirib ki, qəza nəticəsində iki avtomobil toqquşub və nəticədə iki sərnişin ölüb.
“Aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır”, - o bildirib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, 23.04.2025-ci il tarixində saat 17:50 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 6 nəfər (1-i uşaq olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
19:42 / 21 Avqust 2026
36
19:21 / 21 Avqust 2026
52
19:08 / 21 Avqust 2026
115
18:46 / 21 Avqust 2026
66
18:41 / 21 Avqust 2026
61
18:33 / 21 Avqust 2026
68
18:20 / 21 Avqust 2026
61
18:10 / 21 Avqust 2026
91
17:59 / 21 Avqust 2026
79
17:45 / 21 Avqust 2026
104
17:30 / 21 Avqust 2026
90
17:10 / 21 Avqust 2026
115
17:00 / 21 Avqust 2026
76
16:58 / 21 Avqust 2026
89
16:46 / 21 Avqust 2026
81
16:32 / 21 Avqust 2026
81
16:30 / 21 Avqust 2026
92
16:12 / 21 Avqust 2026
91
16:07 / 21 Avqust 2026
111
16:03 / 21 Avqust 2026
103
15:55 / 21 Avqust 2026
76
15:53 / 21 Avqust 2026
87
15:35 / 21 Avqust 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.