Müğənni Rəqsanə bu halda azadlığa çıxacaq - VƏKİL AÇIQLADI
23 Avqust 2025, 16:33
Qaynar xətt:
(+99450) 247 90 86“Bandotdel”dən çıxan kimi Mir Cəlal Kazımiyə zəng edibmiş... — Həkimlərin məhkəməsindən şok detallar
KRİMİNAL
887
23.04.2025, 19:12
Xəbər verdiyimiz kimi, talassemiyalı uşaqların müalicəsi üçün ayrılan pulları ələ keçirməkdə təqsirləndirilən şirkət rəhbəri Nuridə Seyidova və onunla birlikdə mühakimə olunan Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsinə tanınmış həkimlər gəlib.
“Qafqazinfo”nun məlumatına görə, əvvəlcə cinayət baş verən dövrdə Talassemiya Mərkəzinin baş həkimi işləmiş Xuraman Cəfərova şahid kürsüsünə çağırılıb. Cəfərova hazırda Bakı Baş Səhiyyə Mərkəzində baş mütəxəssis vəzifəsində çalışır. Onun dediyinə görə, təqsirləndirilən şəxslərdən yalnız Aynuru tanıyır. Aynur “Medical Park” klinikasının kuryeri kimi Mərkəzə gəlib-gedib.
Şahid deyir ki, Aynurun Talassemiya Mərkəzindəki qanunsuzluqlarından son günə kimi xəbərsiz olub, sonradan bu işlərə görə onu Mərkəzdən qovdurub: “Mən baş həkim təyin ediləndən sonra bu işdə zərərçəkmişlərdən biri müraciət etdi. Dedi ki, Aynur Bayramova onlardan pul alıb, söz verib ki əməliyyat ediləcəklər. Bu müraciətdən sonra dərhal tədbir gördüm. Aynurun Mərkəzə daxil olmasına qadağa qoyduq. “Medical Park”ın həkim heyətinin içində qan daşıyırdı. Həmin klinikanın bizim Mərkəzlə müqaviləsi var idi. Oradan Akif Hoca öz heyəti ilə gəlib, talassemiyalı xəstələrin müayinəsini aparırdı. Aynur da heyətdə sadə kuryer idi.
Fotoda: Xuraman Cəfərova
Mən heç bir pasiyenti bunların yanına göndərməmişəm ki, kömək etsinlər. Hə, eşitmişdim ki, guya bunların şirkəti əməliyyat xərcinin yarısını qarşılayır”.
Həkimin dedikləri məhkəmə salonunda əyləşən zərərçəkmişləri özündən çıxarıb. “Necə yəni sizin xəbəriniz olmayıb?! Aynur qeydiyyatçı idi. Bütün xəstələri o qeyd edirdi. Səhiyyəmiz o qədər zəifdir ki, bir kuryer vasitəsilə 36 nəfər belə vəziyyətə düşüb? Bunlardan sizin xəbəriniz olmaya bilməzdi”,- zərərçəkmiş Şahbacı İsaqova deyib.
Məhkəmədə ifadə verən zərərçəkmişlər demişdilər ki, Aynurun Talassemiya Mərkəzində otağı var idi. Danışıqlar da əsasən o otaqda aparılıb.
X.Cəfərova isə bunu təkzib edib. Ona da əlavə edib ki, Aynurun Mərkəzlə əmək müqaviləsi olmayıb. Şahidin əlavəsi hakimlər və vəkillərdə əsaslı sual yaradıb. “Mən hakim kimi Talassemiya Mərkəzinə girə bilmərəm. Buraxmazlar. Necə olur ki, Aynur əlini-qolunu sallaya-sallaya rahat girib-çıxıb? Hələ içəridə xəstələrlə pul da danışıb. Necə ola bilər ki, sizin bütün bunlardan xəbəriniz olmasın. Mümkündür bu?”, - deyə hakim Şəlalə Həsənova bu sözlərlə şahidə üz tutub, ondan məsələyə aydınlıq gətirməsini istəyib.
Şahid bu hadisələrin baş həkim olmazdan əvvəl baş verdiyini deyib.
Fotoda: Mir Cəlal Kazımi ilə Xuraman Cəfərova məhkəmə qarşısında
Zərərçəkmişlərdən biri həkimin lehinə danışıb, o, bütün günahların yalnız təqsirləndirilən şəxslərdə olduğunu söyləyib: “Xuraman doktorun nə günahı var? Bunlar (müttəhimləri göstərir-red) uşaq qatilləridir. Niyə aydınlaşdırılmır ki, Nuridə cüllüt canı ilə 1 milyonu neyləyib? Bu araşdırılmalıdır.”
Aynur Bayramova isə Xuraman həkimi yalan danışmaqda ittiham edib. Onunla birgə danışıqlarının sübut kimi saxlanıldığını xatırladıb: “Necə yəni mənə otaq verməmisiniz? Mənə də, Nuridəyə də xəstə yönəltmisiniz. Bizi ələ sala-sala danışırsınız. Heç nədən xəbəriniz yoxdur kimi… Nə demisinizsə, onu da icra etmişik”.
Həmçinin oxuyun
Prosesin davamında respublikada kifayət qədər tanınan cərrah Mir Cəlal Kazımi hakim qarşısında dayanıb. Zərərçəkmiş şəxslərdən bəziləri ifadələrində deyiblər ki, onları təqsirləndirilən şəxslərin yanına Mir Cəlal Kazımi yollayıb. Bu səbəbdən məhkəmə tərkibinin cərraha sualları yaranıb.
Mir Cəlal Kazımi müttəhimlərdən ikisini-Nuridə ilə Ayseli tanıyıb, Aynuru xatırlaya bilməyib. Şahidin ümumi ifadəsindən çıxarılan nəticə budur ki, Mərkəzi Gömrük Hospitalının təqsirləndirilən şəxslərin şirkəti ilə müqaviləsi olub. Şirkət xəstəxanaya pul köçürüb, cərrah kimi o da əməliyyatı icra edib.
Bu müqavilə barədə də əməliyyat üçün imkanı olmayan pasiyentlərə məlumat verib ki, faydalana bilsinlər: “O vaxt vəziyyət fərqli idi. Xəstələr icbari sığortadan faydalana bilmirdi. Bir qrup öz hesabına, bir qrup yardımsevər şirkətlər hesabına əməliyyat olunurdu. Nuridənin şirkətinin də hospitalla müqaviləsi var idi. Biz də kömək üçün bir neçə xəstə göndərmişik. Mən xəstəxanada işçiyəm, nə deyiblərsə, onu etmişəm. Onu da deyim ki, şirkət qurulmazdan əvvəl də Aysellə əlaqəmiz olub. Şəxsi hesabına yardımlar edib”.
Mir Cəlal Kazımi ilə zərərçəkmiş şəxslərin dedikləri arasında xeyli ziddiyyətlər var. İşi araşdıran hakimlər üçün də xeyli məsələlər qaranlıq qalıb.
“Əməliyyat 46 mindir, amma xəstənin 23 mini var. Siz də demisiniz ki, get qalan pulu Ayselgil təşkil eləsin. Aysel də 23 mini də alıb, heç nə ödəməyib. Belə hal bir dəfə olmayıb e, 11 dəfə baş verib. Adam bir dəfə inanar, iki dəfə inanar… Amma maraqlıdır ki, ödəniş olmaya-olmaya bəziləri də əməliyyat edilib. Sonradan isə hospital müəyyən edib ki, yox 11 nəfərin borcu qalıb. Bu özü araşdırma mövzusudur. Yəqin ki, Baş Prokurorluğa müraciət edəcəyik”, - deyə hakim Azad Məcidov sual edib.
Məhkəmə tərkibinə daxil olan digər hakim Şəlalə Həsənova isə Mir Cəlal Kazımidən pulu olmayıb ölümcül vəziyyətdə qalan xəstəyə xəstəxananın münasibətini soruşub:
“Tutaq ki, hakim deyiləm. Bir vətəndaş kimi soruşuram. Pulu olmayıb, ölümcül vəziyyətdə qalan xəstənin əməliyyatı üçün bir istisna yoxdurmu? Belə bir şey olsaydı, bu adamlar da məcbur qalıb Nuridə kimilərə üz tutmazdılar. Zalda əyləşənlərdən birinin həyat yoldaşı pula görə ölüb...”
“Bu, qlobal məsələdir. Cavabı məndə deyil” -, deyə cərrah şahid qısa cavab verib.
Məhkəmədə o da məlum olub ki, cinayət işi başlanan ilkin vaxtlarda Aysel Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verib. Oradan çıxan kimi də nə danışıbsa, hamısını Mir Cəlal Kazımiyə deyib. Onlar arasındakı səs yazısı da iş materiallarına əlavə edilib. Məhkəmədə həmin səs yazısı nümayiş edilib. Səs yazısında Aysel Mircəlal həkimə sorğu-sualdan danışır, onun da adını müstəntiqə dediyini bildirir.
Mir Cəlal Kazımi etiraf edib ki, bu iş başlayanda özü də “Bandotdel”də ifadə verib. Əvvəl dediklərini müstəntiqə də danışıb.
Bununla da şahidin dindirilməsi başa çatıb. Proses aprelin 28-i sənədlərin tədqiqi ilə davam edəcək.
Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.
17:25 / 23 Avqust 2025
Bu şəhidlərin övladları tələbə oldular - ADLAR
43
16:59 / 23 Avqust 2025
Azərbaycan-Rusiya münasibətlərini müzakirə etdilər
86
16:51 / 23 Avqust 2025
"Krıtı" həbsxanasından yeni çıxan Təbrizin HƏYAT HEKAYƏSİ: "İçəri"də nələr yaşanıb? (VİDEO)
228
16:33 / 23 Avqust 2025
Müğənni Rəqsanə bu halda azadlığa çıxacaq - VƏKİL AÇIQLADI
322
16:21 / 23 Avqust 2025
Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı
183
16:13 / 23 Avqust 2025
Güclü yanğın BAŞLADI
37
15:50 / 23 Avqust 2025
Hava ilə bağlı XƏBƏRDARLIQ
515
12:42 / 23 Avqust 2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
125
12:16 / 23 Avqust 2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
85
12:14 / 23 Avqust 2025
İradə Muradova qətlə yetirildi
1123
11:12 / 23 Avqust 2025
Bu yol bağlanır
60
10:29 / 23 Avqust 2025
Payız 2025-in dəbli rəngləri açıqlandı
73
10:15 / 23 Avqust 2025
Boş qalan yerlərə ixtisas seçimi bu tarixdə aparılacaq
72
10:01 / 23 Avqust 2025
Rusiyada zəlzələ baş verdi
63
09:59 / 23 Avqust 2025
Əcnəbilərin Rusiyada qalma müddəti dəyişdi
76
09:38 / 23 Avqust 2025
İsrailə raket zərbəsi endirildi - Hava məkanı bağlandı
87
09:33 / 23 Avqust 2025
Polis tutulan qadınla bağlı əhaliyə müraciət etdi
1569
09:32 / 23 Avqust 2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
76
09:25 / 23 Avqust 2025
“Ukrayna ərazi güzəştinə məcbur edilməməlidir” - Kallas
62
09:10 / 23 Avqust 2025
Tramp Rusiyaya iki həftə vaxt verdi
76
09:00 / 23 Avqust 2025
Putinin sülh üçün Ukraynadan 4 tələbi üzə çıxdı
67
00:15 / 23 Avqust 2025
Bu ali təhsil ocağı keçid balına görə rekord qırdı
98
23:40 / 22 Avqust 2025
IV qrupda 600-dən yuxarı bal toplamış 10 abituriyent universitetə daxil ola bilməyib
102
23:26 / 22 Avqust 2025
Ali təhsil müəssisələrinə qeydiyyatın vaxtı açıqlanıb
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.