Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21 Avqust 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
412
22.04.2025, 15:08
Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Məmixan Məmmədov və Sadiq Əzizov 8 il 6 ay, Sultanə Həsrətova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.
Məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.
Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram"da özlərini "Fatimə" adı ilə təqdim edərək bir nəfərlə tanış olublar. Həmin şəxsi "Sevgililər günü" - fevral 14-də Bakıda kirayə yaşadıqları evə dəvət ediblər.
İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova V.Z.-u qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib. Guya qısqanclıq zəminində V.Z.u Sultanə Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə onu döyüb. Sadiq Əzizov isə dəmir boru ilə ona yüngül dərəcəli bədən xəsarətləri yetirib.
Daha sonra Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda 1.500 manat məbləğində ziyan vurublar.
Təqsirləndirilən şəxslər elan edilən ittihamla özlərini təqsirli bilməyiblər.
23:00 / 21 Avqust 2026
7
22:39 / 21 Avqust 2026
18
22:25 / 21 Avqust 2026
48
22:11 / 21 Avqust 2026
57
21:57 / 21 Avqust 2026
66
21:30 / 21 Avqust 2026
62
20:56 / 21 Avqust 2026
68
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
76
19:42 / 21 Avqust 2026
90
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
120
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.