Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21 Avqust 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
806
21.04.2025, 17:19
Tərtərdə bir ailənin 4 üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi detallar məlum olub. Belə ki, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə teleqraf.az-a ailənin yaxınları məlumat veriblər.
Qeyd olunub ki, ailə qəsəbədə 2 il imiş ki, keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış.
Hadisədən əvvəlcə qonşular xəbər tutublar. Onlar saat 10 -11 radələri olsa da, evdən heç kimin çıxmadığını görərək mənzilə daxil olublar və ailənin 4 üzvünün vəfat etdiyini aşkar ediblər.
Bildirilib ki, meyitlər tibbi ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyimsarov kənd qəbiristanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəlib, araşdırma aparılır.
“Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Adi dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki ildir ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə olunmayıb. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş tərəfindən onun borusunda yuva qurulub və yuva da samanla dolub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən edilib”, - Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov bildirib.
O, ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb: “Ailənin başçısı təsərrüfatla məşğul olurdu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmətkeş adam idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq”.
00:41 / 22 Avqust 2026
1
00:03 / 22 Avqust 2026
63
23:49 / 21 Avqust 2026
61
23:00 / 21 Avqust 2026
63
22:39 / 21 Avqust 2026
71
22:25 / 21 Avqust 2026
79
22:11 / 21 Avqust 2026
82
21:57 / 21 Avqust 2026
94
21:30 / 21 Avqust 2026
85
20:56 / 21 Avqust 2026
88
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.