Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21 Avqust 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
379
21.04.2025, 15:36
Baş Prokurorluqda ekoloji hüquqpozma faktları üzrə cinayət işləri başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Lerik, Cəlilabad və Xızı rayonlarında, həmçinin Bakı şəhərinin Binəqədi və Yasamal rayonları ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 191, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241, Xızı şəhəri H.Əliyev prospekti 194 ünvanında, Lerik şəhəri Honiyon adlanan ərazidə, Cəlilabad rayonu ərazisində köhnə Ələt-Astara magistral yolunun 143-144-cü kilometrliyində meşə fonduna daxil olmayan 413 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.
00:41 / 22 Avqust 2026
1
00:03 / 22 Avqust 2026
63
23:49 / 21 Avqust 2026
61
23:00 / 21 Avqust 2026
63
22:39 / 21 Avqust 2026
71
22:25 / 21 Avqust 2026
79
22:11 / 21 Avqust 2026
82
21:57 / 21 Avqust 2026
94
21:30 / 21 Avqust 2026
85
20:56 / 21 Avqust 2026
88
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.