Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21 Avqust 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
411
17.04.2025, 22:08
Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibb xidmət rəisi vaxtında zəruri tədbirlər görmədikikləri üçün vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliniblər.
“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasında müttəhimlər təqsirli hesab edilib.
Hökmə əsasən, Samir Həziyev 4 , Aydın Quliyev isə 3 il müddətə azadlıqdan məhrum edilib. Bu günə qədər azadlıqda olan A.Quliyev məhkəmə zalında həbs edilib.
Hökmdən əvvəl vəkillər Orxan Zeynalov və Kəramət Əliyev müdafiə çıxışlarında, müttəhimlər son sözlərində bəraət istəyiblər.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Naxçıvanda baş verib. Əsgər Ceyhun Hüseynov iyunun 9-da N saylı hərbi hissədən naməlum şəraitdə itkin düşüb, iki gün sonra qətlə yetirilmiş halda tapılıb.
Ceyhun ali təhsilli olub. O, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib, 627 balla ADA Universitetinə qəbul olunub.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasında müttəhimlər təqsirli hesab edilib.
Xatırladaq ki, Ceyhunun qətlə yetirilməsi ilə Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan istintaq tədbirlərinin yekununda məlum olacaq. Hazırda başlanmış cinayət işinin istintaqı davam edir.
00:41 / 22 Avqust 2026
27
00:03 / 22 Avqust 2026
67
23:49 / 21 Avqust 2026
63
23:00 / 21 Avqust 2026
64
22:39 / 21 Avqust 2026
73
22:25 / 21 Avqust 2026
81
22:11 / 21 Avqust 2026
84
21:57 / 21 Avqust 2026
96
21:30 / 21 Avqust 2026
87
20:56 / 21 Avqust 2026
90
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.