Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21 Avqust 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
773
16.04.2025, 15:18
Milyarder iş adamı, “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sahibi Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan bir sıra milyonluq avtomobillərə həbs qoyulub.
Oxu24.com-un Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, buna səbəb cəmiyyətin əsas səhmdarı Fərhad Teymur oğlu Əhmədova məxsus və onun tək təsisçiliyi ilə yaradılmış “Baku Kaspian Real İsteyts Limited” MMC-nin milyonlarla manatlıq borc öhdəliklərini yerinə yetirə bilməməsidir.
Bakı Kommersiya Məhkəməsinin qərarı ilə şirkətin adında olan avtomobillərə həbs qoyulub və onların axtarışı elan edilib. Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov həmin avtomobillərlə bağlı axtarış elan edib.
Həbs qoyulan nəqliyyat vasitələri aşağıdakılardır:
- 10-AZ-708 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı Range Rover Vogue;
- AA dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı Mercedes-Benz S500 Maybach;
- AZ dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı Maybach 62;
- AF dövlət qeydiyyat nişanlı, 1954-cü il buraxılışlı ZİM 12;
- AD dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Range Rover;
- 90-AA-988 dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Mercedes-Benz G63 Brabus;
- AD dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Rolls-Royce Cullinan;
- AF dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Cayenne Turbo;
- AL dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Harley Davidson motosiklet;
- 99-B-709 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı Mercedes S500;
- AA dövlət qeydiyyat nişanlı, 1980-ci il buraxılışlı QAZ-13 "Çayka”;
- AE dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Panamera Turbo;
- AS dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitələri.
Qeyd olunan avtomobillərin əksəriyyəti saxlanılaraq Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilib.
Fərhad Əhmədovun nümayəndəsi, “Baku Kaspian Real İsteyts Limited” MMC-yə məxsus bir neçə avtomobilin üzərindən həbsi götürmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib.
Müraciətdə bildirilib ki, şirkətin hüquqi və faktiki ünvanı Göyçay şəhərində yerləşir və avtomobillərin üzərinə qoyulan həbs və onların cərimə meydançasına yerləşdirilməsi nəticəsində MMC-nin fəaliyyəti iflic vəziyyətə düşüb. Həmçinin qeyd edilib ki, borclu şirkətin balansında olan daşınmaz əmlakların dəyəri borcu ödəmək üçün kifayət edir.
Məhkəmə Fərhad Əhmədovun nümayəndəsinin iddiasını qismən təmin edib və borcun ödənilməsi üçün əlavə vaxt verilib. Bununla da yuxarıda adı çəkilən avtomobillərin əksəriyyətinin üzərindən həbs qərarı götürülüb.
00:41 / 22 Avqust 2026
100
00:03 / 22 Avqust 2026
106
23:49 / 21 Avqust 2026
70
23:00 / 21 Avqust 2026
76
22:39 / 21 Avqust 2026
111
22:25 / 21 Avqust 2026
119
22:11 / 21 Avqust 2026
119
21:57 / 21 Avqust 2026
133
21:30 / 21 Avqust 2026
124
20:56 / 21 Avqust 2026
123
20:52 / 21 Avqust 2026
75
20:14 / 21 Avqust 2026
87
19:42 / 21 Avqust 2026
99
19:21 / 21 Avqust 2026
103
19:08 / 21 Avqust 2026
181
18:46 / 21 Avqust 2026
113
18:41 / 21 Avqust 2026
85
18:33 / 21 Avqust 2026
105
18:20 / 21 Avqust 2026
85
18:10 / 21 Avqust 2026
123
17:59 / 21 Avqust 2026
109
17:45 / 21 Avqust 2026
135
17:30 / 21 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.