Bakıda dəhşətli qətl - Qardaşını bıçaqlayıb öldürdü
22 Avqust 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
378
15.04.2025, 15:18
Bakıda müəllim barəsində məhkəməyə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi 57 yaşlı Lətifə Qəhrəmanovadan gedir.
Belə ki, 200 saylı orta məktəbin kimya müəllimi Gülnar Muradzadə Lətifə Qəhrəmanovanın Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cəzalandırılmasını tələb edib.
Şikayətçi bildirib ki, 20 noyabr 2023-cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini imtahanında bal toplayaraq uğur qazanıb. 2024-cü ilin fevralında imtahanda uğur qazanan namizədləri müsahibə mərhələsinə dəvət ediblər. O, müsahibədə yetərincə bal toplaya bilmədiyi üçün təkrar müsahibəyə dəvət olunmaq məqsədilə 18 nömrəli məktəbdə təşkil edilmiş təlimlərə cəlb edilib.
G.Muradzadə təkrar müsahibədə uğur qazandığından Bakı şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Ona 240 saylı məktəbə direktor müavini təyin olunduğu bildirilib: “İdarə tərəfindən vatsapda qrup yaradıldı və imtahanda uğur qazanmış namizədləri ora əlavə etdilər. Qrup üzvlərinin 18 aprel 2024-cü il saat 14:00-da “Zoom” platforması üzərindən görüşü təşkil edildi. Görüş İdarənin rəsmisi tərəfindən keçirildi və lazım olan təlimatlar verildi. Aprelin 19-u kurator qrupda bildirdi ki, 22 aprelə qədər zəruri sənədləri İdarəyə təqdim etməliyik. Deyilən tarixdə sənədləri İdarəyə təqdim etməklə, eyni zamanda 240 saylı məktəbə direktor müavini təyin olunmaq üçün ərizə yazdım”.
Gülnar Muradzadə elə həmin gün tanışlarına təyinatı barəsində məlumat verdiyini söyləyib: “Bu hadisədən bir gün sonra tanımadığım və heç bir zaman ünsiyyətdə olmadığım Lətifə Qəhrəmanova videoçəkiliş edərək barəmdə mediada və sosial şəbəkələrdə təhqir və böhtanlar səsləndirdi. Guya mən ona demişəm ki, test mərhələsini və tələb olunan limitləri keçə bilməmişəm. O, videomüraciətlərdə mənim imtahandan keçmək üçün İdarəyə pul verdiyimi, savadsız olduğumu deyərək təhqir edib. Avqustun əvvəlində rəsmi qəbula gedərək təyinatım barədə soruşdum, mənə imtahandan keçmədiyim bildirildi. İmtahandan keçmədiyim halda 240 saylı məktəbə direktor müavini təyin olunmağım barədə ərizənin məndən alınmasının səbəbini soruşduqda isə konkret cavab verilmədi. Təyinatımın verilməməsində Lətifə Qəhrəmanova günahkardır. Çünki bütün bunlar onun videomüraciətindən sonra baş verib, karyerama ziyan dəyib”.
Şikayətçi L.Qəhrəmanovanın həbs edilməsini tələb edib.
34 ildir ki, müəllim çalışan Lətifə Qəhrəmanova isə deyib ki, Bakı şəhərində keçirilən ümumtəhsil məktəbləri üzrə direktor müavinlərinin işə qəbul imtahanlarında iştirak edib və uğur qazanıb. Lakin imtahanın müsahibə mərhələsində haqsızlıqla qarşılaşdığını, kəsildiyini iddia edib. O, imtahanın müsahibə mərhələsinə rəhbərlik edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmisinin onun müsahibədən keçməsinə əngəl törətdiyini, rüşvət müqabilində G. Muradzadəni direktor müavini təyin etdiyini deyib.
Şəhid bacısı olan təqsirləndirilən şəxs, həmçinin Gülnar Muradzadənin özünün ona imtahandan yetərincə bal toplaya bilmədiyini dediyini söyləyib.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesin yekununda L. Qəhrəmanovaya Cinayət Məcəlləsinin 147.2-ci, yəni böhtan maddəsi üzrə bəraət verilib. Lakin o, 148-ci (Təhqir) maddəsi üzrə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.
10:10 / 22 Avqust 2026
22
09:50 / 22 Avqust 2026
39
09:30 / 22 Avqust 2026
61
09:18 / 22 Avqust 2026
55
09:08 / 22 Avqust 2026
58
09:04 / 22 Avqust 2026
63
09:02 / 22 Avqust 2026
62
00:41 / 22 Avqust 2026
118
00:03 / 22 Avqust 2026
129
23:49 / 21 Avqust 2026
72
23:00 / 21 Avqust 2026
83
22:39 / 21 Avqust 2026
122
22:25 / 21 Avqust 2026
132
22:11 / 21 Avqust 2026
130
21:57 / 21 Avqust 2026
144
21:30 / 21 Avqust 2026
135
20:56 / 21 Avqust 2026
134
20:52 / 21 Avqust 2026
80
20:14 / 21 Avqust 2026
92
19:42 / 21 Avqust 2026
106
19:21 / 21 Avqust 2026
107
19:08 / 21 Avqust 2026
184
18:46 / 21 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.