Rusiyada məktəbdə atışma olub, yaralılar var
12 May 2026, 14:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
314
12.06.2024, 10:54
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və üzərində tapança gəzdirən 34 yaşlı Nicat Cəfərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq cinayətlərinə görə dəfələrlə məhkum edilmiş həmin şəxsdən “Makarov” markalı tapança götürülüb.
Davam etdirilən tədbirlərlə N.Cəfərovun rayonun Aşağı Küngüt kəndindəki meşə ərazisində yerləşən gölün “ada” hissəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən ümumi çəkisi 60 kiloqram olan 560 ədəd çətənə kolu, gübrə və yaşayış üçün vacib olan digər vasitələr aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və qayıq vasitəsilə həmin yerə gedərək aqrotexniki qulluq göstərdiyini bildirib. N.Cəfərov ərazini kənardan müşahidə etmək üçün orada xüsusi günəş panelli videokameralar da quraşdırıb.
Məhkəmənin qərarı ilə N.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
15:49 / 12 May 2026
33
15:42 / 12 May 2026
48
15:31 / 12 May 2026
48
15:30 / 12 May 2026
333
15:26 / 12 May 2026
214
15:15 / 12 May 2026
55
15:04 / 12 May 2026
56
14:55 / 12 May 2026
58
14:50 / 12 May 2026
56
14:44 / 12 May 2026
64
14:38 / 12 May 2026
59
14:35 / 12 May 2026
68
14:25 / 12 May 2026
59
14:23 / 12 May 2026
79
14:21 / 12 May 2026
68
13:49 / 12 May 2026
364
13:48 / 12 May 2026
93
13:34 / 12 May 2026
82
13:11 / 12 May 2026
738
13:02 / 12 May 2026
208
12:56 / 12 May 2026
220
12:49 / 12 May 2026
539
12:47 / 12 May 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.