Qaynar xətt:

(+99450) 247 90 86

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı

KRİMİNAL

203

31.05.2024, 11:47

Xaçmazda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı rayon sakinləri Əziz Mahmudov və Elxan Şahgəldiyev saxlanılıblar.

Onlardan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Əziz Mahmudov və Elxan Şahgəldiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.