Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11001
az

İki azyaşlını məscidə və restorana salıb zorladı, videoya çəkdi, sonra... - Azərbaycanda ŞOK OLAY

09:3117 Mart, 2019
3232
  • A
 
Ağstafa rayonunda azyaşlılara təcavüz etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Elmir Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Elmir Babayev Qazax rayonunun Oraq-Çəkic kəndində anadan olub, Ağstafa rayonun Qaçaq Kərəm kəndində yaşayıb. O, ailəlidir, əvvəllər məhkum olunmayıb.

Küçədə azyaşlının qarşısını kəsdi

İstintaq sənədlərinə görə, Elmir Babayev 2016-cı ilin mayın ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda, saat 13 radələrində cinsi ehtirasını təmin etmək məqsədi ilə Ağstafa şəhər sakini, 2003-cü il təvəllüdlü Faiq Məmmədovun Ağstafa şəhəri, Şıxəli Qurbanov küçəsində qarşısını kəsib.

Elmir Babayev Faiq Məmmədovun baş nahiyəsinə əli ilə şillə vurub, ona zor tətbiq etməklə Ağstafa şəhəri ərazisində yerləşən “Gülül” şadlıq sarayının yaxınlığındakı köhnə tikiliyə aparıb.

Azyaşlını köhnə tikilidə zorladı

Elmir Babayev həmin yerdə Faiq Məmmədovun əynində olan paltarlarını soyunmasını tələb edib. Onun tələbini yerinə yetirən Faiq Məmmədov əynində olan şalvarını və tumanını aşağı endirib.

Bu zaman Elmir Babayev Faiq Məmmədovla qeyri-təbii yolla cinsi əlaqədə olub, daha sonra isə ona qarşı əxlaqsız hərəkətlər edib.

Foto çəkdi, internetdə yerləşdirdi

Elmir Babayev bu hadisədən bir neçə gen sonra yenidən Faiq Məmmədovla cinsi əlaqədə olub, onunla uşaqbazlıq edib.

Elmir Babayev həmin vaxt etdiyi hərəkətləri foto çəkiliş edib. Bir neçə gün sonra o, həmin uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edərkən çəkdiyi fotoşəkilləri internet saytlarında yerləşdirib.

Məscidin hamamında əxlaqsızlıq

Daha sonra Elmir Babayev Faiq Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib, döyəcəyi ilə hədələyib. Bu hədələrlə onu Ağstafa şəhəri ərazisində yerləşən İmam Hüseyn adına Məscidin hamamına aparıb. O, həmin yerdə əli ilə sonuncunun baş və bədən nahiyələrinə vurub.

Daha sonra Faiq Məmmədova zor tətbiq edərək, əynində olan paltarlarını soyunmasını tələb edib. Həmin vaxt azyaşlı onun tələbini yerinə yetirmək istəməyib.

Əxlaqsız hərəkətlərini, lüt bədənini çəkdi

Bu zaman Elmir Babayev Faiq Məmmədovun şalvarını zorla əynindən çıxararaq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, həmin vaxt Faiq Məmmədovu anal və oral sekslər etməyə məcbur edib.

Elmir Babayev Faiq Məmmədovun etdiyi bu əxlaqsız hərəkətləri, həmçinin onun lüt formada müxtəlif vəziyyətdə fotoşəkillərini üzərində olan mobil telefonu ilə çəkib. Ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

Daha bir azyaşlının qarşısını kəsdi

Elmir Babayev 2016-cı ilin avqust ayının axırlarında istintaqa dəqiq məlum olmayan vaxtda, saat 12 radələrində cinsi ehtirasını təmin etmək məqsədi ilə daha bir oğlana qarşı zorakılıq edib.

O, Ağstafa şəhər sakini, 2002-ci il təvəllüdlü Teymur Əliyevin qarşısını Ağstafa şəhəri Ağamalıoğlu küçəsində kəsib. Teymur Əliyevin bədəninin müxtəlif nahiyələrinə şillə və təpik zərbələri ilə vurub.

Köhnə “Çaxır zavodunun” ərazisində əxlaqsızlıq

Daha sonra Elmir Babayev Teymur Əliyevə zor tətbiq etməklə Ağstafa rayonu, Qaçaq Kərəm kəndi ərazisində yerləşən köhnə “Çaxır zavodunun” istifadəsiz olan tikilisinə aparıb.

Elmir Babayev həmin yerdə Teymur Əliyevin sifət nahiyəsinə əli ilə iki dəfə vurub, əynində olan paltarlarını soyunmasını tələb edib. Teymur Əliyev də əynində olan şalvarı və tumanını aşağı çəkib.

Daha bir azyaşlıya əxlaqsızlıq

Bu zaman Elmir Babayev Teymur Əliyevlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra o, Teymur Əliyevi əxlaqsız hərəkətlər etməyə məcbur edib. Teymur Əliyev əxlaqsız hərəkətlər edən zaman mobil telefonu ilə çəkib.

İstintaq orqanı tərəfindən Elmir Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

13 il cəza

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmir Babayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bu hökmdən narazı qalan Elmir Babayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Elmir Babayevin apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Elmir Babayev kasasiya şikayəti verib. O, işinə yenidən baxılmasını istəyib.

Seksual manyak hakimdən nə xahiş etdi?

Elmir Babayevin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya araşdırması aparılan zaman Penitensiar xidmətin 1 saylı cəza çəkmə müəssisəsində cəza çəkən Elmir Babayev hakimə məktub göndərib.

Elmir Babayev məktubunda şikayətini geri götürdüyünü, kasasiya şikayətinə baxılmamasını xahiş edib.

Hakim heyəti onun şikayətini nəzərə alıb. Kasasiya şikayəti baxılmayıb və baxışdan çıxarılaraq geri qaytarılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video