Qaynar xətt:

(+99450) 247 90 86

Elman Rüstəmovdan MÜHÜM AÇIQLAMA: 1 iyundan etibarən...

2020/05/06/1588793864_elmar-ru.jpg

İQTİSADİYYAT

1084

06.05.2020, 23:36

"Amrah Bank", "Atabank", "AGBank" və "NBC Bank"da əhalinin təxminən 680 milyon manat əmanəti var".
Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

"Əmanətlərin qaytarılması üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu lazımi prosedurlara başlayıb, onların müəyyən qədər vəsaiti var. Baxmayaraq ki, əmanətçilərə ödənişə başlamaq üçün 3 ay vaxt nəzərdə tutulub, amma yəgin ki, iyunun 1-dən pulların qaytarılmasına başlanılacaq. Həmin vəsaitlər kifayət qədər sabit banklara köçürüləcək. Bununla biz həm də həmin vəsaitləri iqtisadiyyata qaytarıb kreditləşmə üçün potensial yaradacağıq və insanlar həmin potensialdan istifadə edəcəklər", - deyə o, qeyd edib.