Əmək bazarında yeni mərhələ: Çevik iş rejimi nəyi dəyişəcək? – Təhlil
21 İyul 2026, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
102
21.07.2026, 17:45
Miras bölgüsü ilə bağlı mübahisələr cəmiyyətdə ən çox rast gəlinən hüquqi problemlərdən biridir. Xüsusilə də ailə başçısının sağlığında əmlakını övladlarından yalnız birinə vəsiyyət etməsi digər vərəsələrin hüquqları ilə bağlı çoxsaylı suallar yaradır. Bir çox vətəndaş maraqlanır ki, əgər baba evi vəsiyyətnamə ilə yalnız bir oğluna veribsə, digər övladın və ya onun varislərinin həmin əmlakdan pay almaq hüququ qalırmı?
Oxu24.com-a açıqlama verən vəkil Samir Qasımov bildirib ki, belə hallarda ilk növbədə əmlakın hüquqi vəziyyəti, mülkiyyət sənədləri və vəsiyyətnamənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməməsi araşdırılmalıdır. Onun sözlərinə görə, yalnız bu sənədlər öyrənildikdən sonra konkret hüquqi nəticə çıxarmaq mümkündür.
Vəkil qeyd edib ki, əgər evin çıxarışı babanın adınadır və o, sağlığında həmin əmlakı övladlarından birinin adına vəsiyyətnamə ilə rəsmiləşdiribsə, bu, digər vərəsələrin bütün hüquqlarının tamamilə aradan qalxması anlamına gəlmir. Azərbaycan qanunvericiliyində məcburi pay hüququ nəzərdə tutulub və müəyyən hallarda vəsiyyətnamə olsa belə, bəzi vərəsələrin mirasdan pay almaq hüququ qorunur.
Samir Qasımovun sözlərinə görə, əgər həmin şəxs qanun üzrə vərəsə hesab olunursa və vəsiyyətnamə olmasaydı mirasdan müəyyən pay alacaqdısa, bəzi hallarda vəsiyyətnamə mövcud olsa belə, onun məcburi pay hüququ yarana bilər. Bu zaman qanun üzrə ona düşəcək payın müəyyən hissəsini tələb etmək imkanı saxlanılır.
Vəkil vurğulayıb ki, belə hüququn həyata keçirilməsi üçün ilk növbədə vərəsəlik hüququnun rəsmiləşdirilməsi vacibdir. Bunun üçün maraqlı şəxs notariat orqanına müraciət etməli, qanuni vərəsə kimi tanınmalı və qanunvericilikdə tələb olunan sənədləri təqdim etməlidir. Yalnız bundan sonra mirasın bölünməsi və ya məcburi payın müəyyən edilməsi məsələsinə baxıla bilər.
Mütəxəssis bildirib ki, miras alan şəxslər arasında razılıq əldə olunmadıqda məsələ məhkəmə qaydasında həll edilir. Məhkəmə vəsiyyətnamənin hüquqi qüvvəsini, tərəflərin vərəsəlik hüquqlarını, məcburi pay hüququnun olub-olmamasını, eləcə də təqdim olunan bütün sübutları araşdıraraq qərar qəbul edir.
Samir Qasımov əlavə edib ki, bəzi hallarda ailə üzvləri uzun illər həmin evdə yaşamaları və ya evin tikintisində iştirak etmələri səbəbindən avtomatik olaraq pay sahibi olduqlarını düşünürlər. Halbuki belə halların hər biri ayrıca hüquqi qiymətləndirilir və yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda həmin şəxslərin hüquqları tanına bilər.
Vəkil sonda vətəndaşlara tövsiyə edib ki, miras və vəsiyyətnamə ilə bağlı yaranan mübahisələrdə yalnız şifahi məlumatlara və ya yaxınlarının dediklərinə əsaslanmasınlar. Hər bir işin öz hüquqi xüsusiyyətləri olduğundan, düzgün qərarın verilməsi üçün notarius və ya peşəkar hüquqşünasın məsləhətindən istifadə etmək daha məqsədəuyğundur.
23:21 / 21 İyul 2026
1
22:29 / 21 İyul 2026
65
22:16 / 21 İyul 2026
57
21:47 / 21 İyul 2026
47
21:41 / 21 İyul 2026
82
21:37 / 21 İyul 2026
69
21:08 / 21 İyul 2026
69
20:58 / 21 İyul 2026
72
20:45 / 21 İyul 2026
63
20:35 / 21 İyul 2026
74
20:24 / 21 İyul 2026
65
20:07 / 21 İyul 2026
66
19:55 / 21 İyul 2026
58
19:35 / 21 İyul 2026
78
19:18 / 21 İyul 2026
80
19:07 / 21 İyul 2026
66
18:00 / 21 İyul 2026
104
17:30 / 21 İyul 2026
108
17:15 / 21 İyul 2026
74
16:58 / 21 İyul 2026
72
16:52 / 21 İyul 2026
80
16:33 / 21 İyul 2026
99
16:28 / 21 İyul 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.