Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
967
20.05.2026, 16:21
Müasir bankçılıq sistemində kreditlərin verilməsi prosesi sadəcə cari gəlirlərin qiymətləndirilməsi ilə bitmir, həm də gələcək risklərin, xüsusilə də işsizlik riskinin sığortalanmasını tələb edir. Bəs banklar kredit ayırarkən potensial işsizlik riskini necə tənzimləyir və işini itirən vətəndaşlar üçün hansı güzəşt mexanizmləri mövcuddur?
Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti Xubayar Rüstəmzadə Oxu24.com- açıqlama verib. Ekspert mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirərək, bankların risk siyasəti və borcalanlar üçün çıxış yollarını diqqətə çatdırıb.
Kredit verilərkən işsizlik riski necə qiymətləndirilir?
Xubayar Rüstəmzadənin sözlərinə görə, bankların əsas məqsədi müştərinin maliyyə imkanlarına uyğun gələn və onun gələcək ödəmə qabiliyyətini qoruyan qərarlar qəbul etməkdir. Bu məqsədlə müraciət edən şəxsin profili kompleks şəkildə təhlil olunur:
“Müştərinin iş yeri, ümumi və son iş yerindəki əmək stajı, tutduğu vəzifə və rəsmi gəlirinin nə dərəcədə sabit olması yoxlanılır. Şəxsin mövcud kredit yükü (DTI - gəlirin kreditə olan nisbəti) və keçmiş kredit tarixçəsi (MKR məlumatları) araşdırılır. Müasir bank praktikasında qərarlar avtomatlaşdırılmış skorinq sistemləri vasitəsilə verilir. Bu modellər müştərinin fəaliyyət göstərdiyi sektoru, peşəsinin sabitlik dərəcəsini və oxşar müştəri seqmentinin tarixi davranış göstəricilərini də nəzərə alır.
İşsizlik riskinin idarə olunmasında əlavə alət kimi işsizlik sığortası mexanizmindən istifadə edilir. Hazırda bu mexanizm sektorda yalnız müəyyən kredit məhsullarında tətbiq olunsa da, onun daha geniş kütləyə çatması istiqamətində işlər davam etdirilir”.
İşini itirən şəxslərə qarşı hansı hüquqi addımlar atılır?
Kredit münasibətlərinin ikitərəfli müqavilə əsasında qurulduğunu xatırladan ABA eksperti qeyd edib ki, həm bankın, həm də borcalanın qanunvericiliklə müəyyən edilmiş hüquq və öhdəlikləri var.
“Müştərinin iş yerini itirməsi onun müqavilə öhdəliklərinə birbaşa xitam vermir. Lakin praktikada banklar belə müştərilərlə dərhal hüquqi müstəvidə mübarizə aparmaq deyil, dialoq qurmağı üstün tuturlar. Məhkəmə və ya digər hüquqi addımlara müraciət etməzdən əvvəl həmişə alternativ və kompromis həll yolları araşdırılır”.
İşsiz qalanlar üçün hansı güzəştlər var? Restrukturizasiya nədir?
İş yerini itirən və maliyyə çətinliyi ilə üzləşən vətəndaşlar üçün banklar tərəfindən restrukturizasiya (kredit şərtlərinin dəyişdirilməsi) tədbirləri nəzərdə tutulur.
Bu mexanizmin əsas mahiyyəti ondan ibarətdir ki, borcun qalıq müddəti uzadılır. Kredit müddəti uzadıldıqda isə müştərinin aylıq ödəniş yükü (aylıq tələb olunan məbləğ) əhəmiyyətli dərəcədə azalır. Bu, müvəqqəti işsiz qalan şəxsə maliyyə çətinliyini idarə etmək, büdcəsini tənzimləmək və yeni iş tapanadək gecikmələrə düşməmək üçün əlavə vaxt və imkan yaradır.
Oxu24.com ekspertin fikirlərinə əsaslanaraq vətəndaşlara tövsiyə edir ki, iş yerini itirmə halı baş verdikdə bankdan qaçmaq və ya ödənişləri tamamilə dayandırmaq əvəzinə, dərhal xidmət aldıqları bank filialına müraciət edərək restrukturizasiya imkanlarından yararlansınlar.
Çimnaz Telmanqızı
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.