Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
695
11.05.2026, 12:01
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan qazının 2026-cı il üzrə orta qiyməti üzrə proqnozunu 141 dollardan çox artırıb.
Oxu24.com xəbər verir ki, Fond 2026-cı il üçün Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiyməti ilə bağlı proqnozunu 1 000 kubmetr üçün 380,4 ABŞ dollarından 521,9 dollara qaldırıb. Bu, əvvəlki proqnozla müqayisədə 141,5 dollar və ya 37,2% çoxdur.
IMF 2027-ci il üzrə proqnozunu 326,5 dollardan 424,3 dollara yüksəldib. Bu isə 97,8 dollar və ya 30% artım deməkdir. 2028-ci il üçün proqnoz 287,1 dollardan 312,1 dollara kimi artırılıb.
Fond 2029, 2030 və 2031-ci illər üçün də qazın orta ixrac qiymətini 1 000 kubmetr üçün 312,1 dollar səviyyəsində götürüb. Bu göstərici fevral proqnozu ilə müqayisədə 25 dollar və ya 8,7% yüksəkdir.
IMF-nin hesabatında qeyd olunur ki, qaz qiyməti fərziyyələri Fondun Dünya İqtisadi Proqnozu (WEO) çərçivəsində formalaşdırdığı baza ssenarisinə və əlavə premiuma əsaslanır.
Vurğulanıb ki, Yaxın Şərqdə müharibə nəticəsində neft və qaz qiymətlərinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinə və büdcə gəlirlərinə müsbət təsir göstərir. Fondun yekun hesabatında enerji qiymətləri üzrə proqnozların fevral ayı ilə müqayisədə yüksəldilməsi də bu amilin IMF-nin qiymət fərziyyələrində nəzərə alındığını göstərir.
23:01 / 11 Noyabr 2026
9
22:55 / 11 Noyabr 2026
30
22:38 / 11 Noyabr 2026
78
22:31 / 11 Noyabr 2026
62
22:26 / 11 Noyabr 2026
5991
22:22 / 11 Noyabr 2026
67
22:20 / 11 Noyabr 2026
65
22:15 / 11 Noyabr 2026
759
22:11 / 11 Noyabr 2026
79
22:07 / 11 Noyabr 2026
88
22:06 / 11 Noyabr 2026
86
21:59 / 11 Noyabr 2026
125
21:45 / 11 Noyabr 2026
89
21:14 / 11 Noyabr 2026
748
21:08 / 11 Noyabr 2026
423
21:05 / 11 Noyabr 2026
116
20:58 / 11 Noyabr 2026
126
20:49 / 11 Noyabr 2026
601
20:47 / 11 Noyabr 2026
110
20:28 / 11 Noyabr 2026
113
20:22 / 11 Noyabr 2026
131
20:19 / 11 Noyabr 2026
113
20:08 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.