Neftin qiyməti dəyişdi
13 Noyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
829
26.02.2026, 17:59
Son bir həftədə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Xüsusilə “kəpəkli baton” çörəklərinin və digər adda qara çörək növlərinin əvvəlki qiymətlərlə müqayisədə bahalaşdığı diqqət çəkir. Bu məhsullar “N1” çörək zavodunda və "Çörəkçi" müəssisəsində istehsal olunurr.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, 400 qramlıq “kəpəkli baton” çörəklərinin qiyməti təxminən 19-20 qəpik artıb. Əvvəllər 1 manata satılan həmin çörək növləri hazırda supermarketlərdə 1 manat 19 qəpik, 1 manat 20 qəpik arasında təklif olunur. Digər qara çörək növlərinin qiymətində artım baş verib.
Ağ çörək növlərində, o cümlədən kütləvi istehlakçıların aldığı "zavod çörəyi"də isə qiymət artımı qeydə alınmayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bəzi çörək növlərinin qiymətindəki artımları dünya bazarında baş verən proseslərlə əlaqələndirib. O bildirib ki, hazırda qlobal miqyasda unun qiyməti artıb, eyni zamanda Azərbaycana taxıl idxalında müəyyən çətinliklər yaranıb.
“Qonşu Rusiya və Ukrayna arasında davam edən müharibə də taxıl bazarına təsir göstərərək qiymətlərin artmasına səbəb olur. Bu amillər də öz növbəsində unun, dolayısı ilə çörəyin maya dəyərinə təsir edir”.
Onun sözlərinə görə, çörəyin qiyməti ümumilikdə sərbəstdir və istehsalçılar məhsulu istədikləri qiymətə sata bilərlər:
“Lakin “zavod çörəyi” və ya sosial çörək adlandırılan məhsullara hökumət tərəfindən ciddi nəzarət mövcuddur ki, onların qiyməti artmasın. Bu növ çörəyi istehsal edən müəssisələrin rentabelliyi hazırda çox aşağı səviyyədədir”.
AİB sədri hesab edir ki, hökumət zavod çörəyi istehsalçılarına əlavə dəstək mexanizmləri tətbiq etməlidir:
“Elə şərait yaradılmalıdır ki, bu müəssisələr vergi yükündən müəyyən qədər azad olunsun və ucuz sosial çörəyin istehsalı davam etdirilsin. Əslində onların da qiyməti sərbəst olmalıdır”.
Eyyub Hüseynov əlavə edib ki, çörəyin bahalaşmasına təsir edən tək amil dünya bazarındakı qiymət artımı deyil:
“Market şəbəkələri çörək istehsalçılarından rəflərdə yer tutmaq üçün yüksək ödənişlər tələb edir, müxtəlif kampaniyaların xərcləri də təchizatçıların üzərinə qoyulur. Bundan başqa, paylama prosesində daşınma xərcləri və cərimələr də maya dəyərinə təsir göstərir. Məndə olan məlumata görə, bəzi istehsalçılar ay ərzində 2-3 min manat yol hərəkəti cəriməsi ödəməli olurlar ki, bu da əlavə maliyyə yükü yaradır".
O həmçinin vurğulayıb ki, sərbəst bazar şəraitində digər çörək növlərinin qiymətinin dəyişməsi normaldır. Lakin sosial əhəmiyyət daşıyan zavod çörəyinin qiymətinin sabit qalması üçün xüsusi dövlət qayğısı olmalıdır ki, artımlar olmasın.
Qara çörək növlərində baş verən qiymət artımının səbəbi ilə bağlı istehsalçılara sorğu ünvadıq. Lakin “N1” çörək istehsalçısı ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilmədi.
19:58 / 13 Noyabr 2026
27
19:53 / 13 Noyabr 2026
105
19:41 / 13 Noyabr 2026
61
19:38 / 13 Noyabr 2026
325
19:35 / 13 Noyabr 2026
58
19:30 / 13 Noyabr 2026
169
19:28 / 13 Noyabr 2026
52
19:23 / 13 Noyabr 2026
64
19:05 / 13 Noyabr 2026
68
18:59 / 13 Noyabr 2026
77
18:59 / 13 Noyabr 2026
84
18:50 / 13 Noyabr 2026
84
18:38 / 13 Noyabr 2026
100
18:31 / 13 Noyabr 2026
85
18:26 / 13 Noyabr 2026
89
18:15 / 13 Noyabr 2026
101
18:04 / 13 Noyabr 2026
332
17:59 / 13 Noyabr 2026
109
17:46 / 13 Noyabr 2026
114
17:30 / 13 Noyabr 2026
105
17:18 / 13 Noyabr 2026
99
17:13 / 13 Noyabr 2026
330
17:07 / 13 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.