Bu şəxslər vergi ödəməyəcək
19 Avqust 2026, 12:38
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
485
05.05.2025, 20:35
Kredit ödənişlərinin gecikməsi, borclular üçün ciddi maliyyə çətinliklərinə səbəb ola bilər. Bir çox hallarda, gecikmiş kreditlərdə faizlər sürətlə artır, bu da borcluların borcunu ödəməsini daha çətinləşdirir. Lakin, qanunvericiliyə görə, kredit faizlərinin və gecikmə haqlarının necə hesablanması, müəyyən edilmiş limitlərlə tənzimlənir.
Kreditə görə gecikmə necə hesablanır və kredit faizi maaş kartından tutulması nə dərəcədə qanunidir?
Oxu24.com mövzu ilə bağlı Milli.Az-a iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib:
"Kredit gecikmələrinə görə faiz dərəcəsi qanunvericilik aktlarına əsasən təyin edilir. Bu prinsipler pozula bilməz. Məsələn Mülki Məcəllənin 39-cu maddəsinə görə, borcun icrası gecikdirildikdə kredit edən tərəf pul tələb edə bilər. Bu, adətən günlük hesablanır, amma illik 10 faizi keçə bilməz. Əgər müqavilədə başqa şərtlər limitlər yoxdursa. Digər məsələ isə əlavə faiz və cərimələr şərtlərdə öz əksini tapıb və tətbiq olunur. İndi bütün hallarda gecikmiş kreditlərə görə faizin hesablanması qanunsuzluq demək deyil".
Qeyd edək ki, mülki məcəlləyə əsasən kredit faizlərinin gecikdərməyə görə hesablanması 180 gündən çox ola bilməz. Eyni zamanda bank tərəfindən 5 faiz əlavə oluna bilər.
Ekspert qeyd edib ki, kreditin maaş kartından tutulması isə daha çox hüquqi məsələdir.
"Mülki Məcəllənin 439 və 450-ci maddələrinə görə, borcun könüllü şəkildə ödənilmədiyi halda artıq kreditor məhkəməyə müraciət edə bilir. Məhkəmənin qərarından sonra isə banklar icra sənədinin əsasında borcu maaş kartına yönəldə bilər. Burda diqqət çəkən məsələ isə maaşın yalnız 20 faizə qədəri cəlb olunması məsələsidir. Xüsusi hallarda isə max 50 faiz tutula bilər. Bütün maaşın tutulmasi mümkün deyil. Bu, qanunsuzluqdu. Əgər tərəflər arasında hansısa anlaşılmazlıq olarsa, məhkəməyə müraciət edə bilərlər".
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.