Pensiyalar bu tarixdə artırıla bilər
20 Avqust 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
507
30.04.2025, 22:37
Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Yəni qazdan istifadəyə görə limit tətbiq edilir, qoyulan həddi aşdıqda qazdan istifadəyə görə ödənişin miqdarı dəyişir.
Tarif Şurasının qərarına əsasən, bu ilin yanvarından etibarən əhali qrupu üçün təbii qazın illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 kubmetrə görə 22 qəpik, 2500 kubmetrdən çox olduqda isə hər kubmetrə görə 30 qəpik ödənilir.
Qərarı şərh edən iqtisadçılar qısa müddət ərzində həmin limiti aşmağın mümkün olduğunu bildiriblər.
Qış aylarında mənzillərini təbii qazla isidənlər aşağı qaz limitini keçdikləri üçün istifadə etdikləri təbii qazın pulunu digər tariflərlə, yəni hər kubmetrə görə 12,5 yox, 22 və ya 30 qəpik ödəyirlər.
Bildiyimiz kimi, aprel ayında hava əsasən qeyri-sabit keçib. Hətta aprelin 15-də ölkənin bir neçə şəhərində istilik mövsümü bitməli olduğu halda "Azəristiliktəchizat" ASC bu müddəti hava şəraiti ilə əlaqədar bir neçə gün uzatdı.
Bütün bunlar abonentlərin qaz istehlakına necə təsir edib? Bu ilin ilk 3 ayı ərzində nə qədər abonent aşağı qaz istifadəsi limitini keçib?
Oxu24.com Bizim.media-ya istinadən xəbər verir ki, 3 ay ərzində abonentlərin 78 faizdən çoxu qaz limitini keçməyib:
"2025-ci ilin yanvar-mart ayları ərzində əhali sektoru üzrə 2 milyon 50 min 624 abonent, yəni abonentlərin 78,1 faizi qazdan limit daxilində istifadə edib".
Bu isə o deməkdir ki, abonentlərin 21,9 faizi aşağı qaz limitini aşıb.
00:06 / 21 Avqust 2026
100
00:02 / 21 Avqust 2026
112
23:56 / 20 Avqust 2026
153
23:51 / 20 Avqust 2026
114
23:30 / 20 Avqust 2026
736
23:29 / 20 Avqust 2026
86
23:29 / 20 Avqust 2026
96
23:11 / 20 Avqust 2026
526
22:55 / 20 Avqust 2026
115
22:02 / 20 Avqust 2026
122
21:50 / 20 Avqust 2026
75
21:38 / 20 Avqust 2026
96
21:24 / 20 Avqust 2026
201
20:56 / 20 Avqust 2026
98
20:20 / 20 Avqust 2026
72
20:05 / 20 Avqust 2026
99
19:43 / 20 Avqust 2026
91
19:29 / 20 Avqust 2026
82
19:09 / 20 Avqust 2026
138
18:58 / 20 Avqust 2026
171
18:49 / 20 Avqust 2026
119
18:41 / 20 Avqust 2026
92
18:35 / 20 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.