Neftlə bağlı mühüm açıqlama
09 Sentyabr 2026, 21:48
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
399
06.08.2024, 23:39
Orta aylıq əməkhaqqının artırılması digər amillərə mütləq təsir edir. Eyni zamanda minimum əməkhaqqı və digər sosial ödənişlərin artırılması məsələsi də gündəmdədir. Müharibə veteranlarına ödənilən 80 manatlıq ödənişin iki dəfə artırılıb 160 manata çatdırılması da təkliflər arasındadır.
OXU24.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib.
O qeyd edib ki, müharibə iştirakçılarına aldıqları 80 manatlıq ödənişin üzərinə 100 manat da əlavə etməklə bu ilin oktyabrından bu həcmdə müavinətin verilməsi mümkündür:
“Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə, ölkəmizdə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmalıdır. Hökumət bunu hədəf kimi götürüb. Məhz mərhələlərlə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması istiqamətində addımlar atılmaqdadır”.
Millət vəkili hesab edir ki, hazırda ölkəmizdə minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti 34-35 faiz səviyyəsindədir:
“345 manat səviyyəsində olan minimum əməkhaqqının artırılması artıq vacib amillərdən biridir. Bununla müqayisədə isə ölkədə orta aylıq əməkhaqqı artıq 1000 manatlıq səviyyəni keçib. Belə olduğu halda atılacaq addımlar nəticəsində minimum əməkhaqqının 600 manata qədər çatdırılması nəzərdə tutulur”.
Əli Məsimliyə görə, minimum əməkhaqqının səviyyəsini bu həddə çatdırmaq hökumət üçün çətinliklər yaradarsa, bunu mərhələlərlə etmək mümkündür:
“Ölkədə qurulmuş pensiya mexanizminə də yenidən baxılması vacibdir. Çünki pensiya kapitalının həcmi getdikcə artır. Minimum pensiya məbləği böyükdükcə başqa göstəricilər yaranır. Beləliklə, qısa zamanda pensiya kapitalı 28,8 manatdan, 40 min manata yüksəlir. Bununla da pensiya yaşı çatan insanların bir hissəsi həmin kapitalı toplaya bilmədiyinə görə onlar qocalıq müavinəti almalı olur. Qocalıq müavinətinin səviyyəsi isə bir şəxsin minimum tələbatını ödəməyə imkan vermir”.
00:34 / 10 Sentyabr 2026
32
23:34 / 09 Sentyabr 2026
46
23:22 / 09 Sentyabr 2026
63
23:04 / 09 Sentyabr 2026
62
22:55 / 09 Sentyabr 2026
58
22:44 / 09 Sentyabr 2026
58
22:32 / 09 Sentyabr 2026
52
22:14 / 09 Sentyabr 2026
55
22:04 / 09 Sentyabr 2026
75
22:00 / 09 Sentyabr 2026
52
21:55 / 09 Sentyabr 2026
63
21:55 / 09 Sentyabr 2026
62
21:54 / 09 Sentyabr 2026
147
21:50 / 09 Sentyabr 2026
65
21:48 / 09 Sentyabr 2026
59
21:40 / 09 Sentyabr 2026
68
21:34 / 09 Sentyabr 2026
63
21:30 / 09 Sentyabr 2026
64
21:26 / 09 Sentyabr 2026
81
21:20 / 09 Sentyabr 2026
60
21:15 / 09 Sentyabr 2026
90
21:05 / 09 Sentyabr 2026
67
20:57 / 09 Sentyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.