Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10896
az

Kapital Bank yeni Bravo-3 filialını istifadəyə verdi

14:4414 Mart, 2019
1005
İQTİSADİYYAT
  • A
 

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni
konsepsiya əsasında təqdim edilən filial, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında olan
Bravo hiper marketdə (Koroğlu metrosunun yaxınlığında) fəaliyyət göstərir. Filial bazar ertəsi–cümə günü saat 11:00-
dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda
müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən Bravo 3 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları,
əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri,
valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək
üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və
şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses
hazırda davam etməkdədir. Ötən illər ərzində 40-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib,
20-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni
konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank yeni Bravo-3 filialını istifadəyə verdi
Kapital Bank BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb
BirBank istifadəçilərinin sayı 400 000-i keçdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib