Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34564
az

Marketə girəndə diqqətli olun  —  Polis  sizi  gözləyir

13:4304 İyul, 2020
975
HÜQUQ
  • A

Polis əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda o cümlədən iri supermarketlər şəbəkələrində gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, supermərketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı maketə maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi  cəzalandırılıblar. Həmçinin tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq və sosial məsafənin gözlənilməsi məqsədi ilə  marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib.

Supermarketlərə sanitar-gigiyenik qaydalara ciddi əməl etməklə fəaliyyətin göstərməyin vacibliyi barədə bir daha xəbərdarlıq edilib.

Qeyd edək ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməlidir.  Əks halda həmin şəxslər və onların maskasız daxil olduqları qapalı məkan sahibləri ciddi cəzalandırılacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ali Məhkəmə mühüm məlumat yaydı
Qaydaları pozan vəkillər cəzalandırıldı
Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ