“Qapalı məkanlarda kamera çəkilişi müəyyən şərtlərlə qanunidir”
13 May 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
827
30.06.2020, 16:34
Sosial şəbəkələrdə avtomobili idarə edən və maşında tək olan sürücünün maska taxmadığına görə yol polisinin səlahiyyətində olan kameralar vasitəsilə avtomatik cərimələnməsi haqda məlumat yayılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin sürücü kamera vasitəsilə cərimə edilməyib:
“Sürücü iyunun 29-u saat 18:21-də Binəqədi-Xırdalan yolunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Onun barəsində əməkdaşımız tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin şəxsin hansı səbəbdən cərimə olunması araşdırılır.
Şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır. Maşında sürücünün tək olması və ya bir neçə şəxsin olmasının əhəmiyyəti yoxdur. Ailə üzvləri ilə birgə olanların maska taxmasının bir əhəmiyyəti yoxdur.
Sadəcə öz şəxsi avtomobilinə ailə üzvlərindən kənar şəxsi götürənlərə tövsiyə olunur ki, maskadan istifadə etsinlər. Amma taxmamağa görə də heç kim cərimə olunmur. Yalnız ictimai nəqliyyatda maskalardan istifadə məcburidir və maska taxılmaması inzibati məsuliyyətə, cərimə olunmağa səbəb olur”.
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.