Bağışlama, yoxsa vəsiyyətnamə? - Vacib AÇIQLAMA
16 Noyabr 2026, 23:33
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
697
27.06.2020, 19:02
Daxili İşlər Nazirliyi bu günlərdə polisləri təbrik etmək məqsədilə videoçarx hazırlayan bir qrup gənc müğənni ilə bağlı sosial şəbəkələrdə özlərinin və ailə üzvlərinin ünvanına yazılmış təhqiramiz şərhlərlə bağlı hərəkətə keçib.
DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, əsassız olaraq təhqirə məruz qalanların müraciətləri əsasında sosial şəbəkələrdə insanları aşağılayan, onların şərəf və ləyaqətlərini təhqir edənlərin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində nazirliyin aidiyyatı qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir:
“Bu tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə onların hər biri barəsində protokol tərtib edilərək, yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndəriliblər.
Məhkəmədə verilən qərarlarla onların əksəriyyəti barəsində inzibati həbs, bəziləri barəsində isə cərimə qərarları tətbiq edilib. Öz yolverilməz hərəkətləri ilə vətəndaşların haqlı narazılığına səbəb olanların tapılıb, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər hazırda da davam etdirilir.
Odur ki, vətəndaşlarımıza, xüsusən gənclərimizə tövsiyə edirik ki, sosial şəbəkələrin onlara verdiyi, yaratdığı imkanlardan öz dünya görüşlərini, bilik və savadlarını artırmaq üçün istifadə etsinlər. Başqalarının şərəf və ləyaqətinə toxunan, aşağılayan statuslar, şərhlər yazmaqdan çəkinsinlər.
Əvvəla başqasını söymək, təhqir etmək bir millət olaraq bizim mentalitetə yaddır, ikincisi də belə hərəkətlərə yol verən şəxs qanun qarşısında məsuliyyət də daşıyır. Odur ki, hər birimiz rastlaşdığımız və ya narazı qaldığımız hər hansı bir məsələnin söyüş və təhqirlə deyil, yalnız hüquqi müstəvidə həllinə nail olmalıyıq”.
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.