Qaynar xətt:

(+99450) 247 90 86

Qeyri-aktiv VÖEN-i olan şəxslər sosial yardım ala bilərlərmi?

Qeyri-aktiv VÖEN-i olan şəxslər sosial yardım ala bilərlərmi?

HÜQUQ

1367

23.04.2020, 00:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödənişlərin verilməsi davam edir. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından qeydiyyatdan keçərək maliyyə dəstəyindən yararlanırlar. Lakin vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) olan şəxslərə ödənişin verilməsindən imtina edilir. Buna səbəb kimi həmin vətəndaşların fərdi sahibkar kimi tanınması göstərilir.

Oxu24.com  xəbər verir ki, adına VÖEN olan şəxslərə birdəfəlik sosial yardımın verilməsindən imtina edilməsi böyük narazılıqlara səbəb olub. Minlərlə insan vergi orqanlarına müraciət edərək VÖEN-lərini bağlatmağa çalşır. Lakin...

Hər şey sosial müavinətlərin təyin edilməsindən başladı

Maraqlıdır ki, bu gün adına VÖEN olan bir çox şəxslər bir zaman sosial müavinətlərin alınması üçün bank hesabı açdırmaq məqsədilə vergi uçotuna aldırılmış şəxslərdir. Bu aztəminatlı, yardıma ehtiyacı olan şəxslərdir ki, onlardan asılı olmayan səbəblərdən hansısa qaydaların tələbi əsasında VÖEN açdırmağa məcbur olub. Onlar sosial zərurətdən irəli gələrək bu addımı atıblar və sonra VÖEN-lərini passivləşdiriblər. Həmçinin hansısa müvəqqəti işləri yerinə yetirməkdən ötrü əvvəllər vergi uçotuna durmuş bəzi şəxslər öz fəaliyyətini müvəqqəti dayandırıb və ondan sonra, ümumiyyətlə, işləməyiblər.

Nazirlər Kabinetinin qərarı isə başqa şey deyir

Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 2020-ci ilin aprelin 7-də, 127 №-li qərar qəbul edib. Həmin qərarda birdəfəlik ödəmənin verilməsindən imtina halları göstərilib. Bu hallardan biri aşağıdakı kimidir:

2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara.

Beləliklə, qərarda çox aydın bir şəkildə yazılıb ki, birdəfəlik ödəmə aktiv VÖEN-i olan şəxslərə verilmir. Bəs ölkədə nə qədər qeyri-aktiv vergi ödəyicisi var? Bu məsələni aydınlaşdımaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etdik. Xidmətdən bildirdilər ki, bu gün ölkədə vergi qeydiyyatından keçmiş 1 milyona yaxın şəxs olsa da, onların yarıdan çoxu qeyri-aktiv ödəyicilərdir. Müxtəlif səbəblərdən vergi uçotuna düşmüş şəxslər illər ərzində heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməyib, hər hansı tranzaksiya aparmayb, bəyannamə və ya hesabat təqdim etməyiblər.

Belə ki, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) vergi ödəyiciləri işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, fəaliyyəti qeyri-aktiv olan şəxslərdən VÖEN bağlatdırmalarını tələb etmək isə qanunsuzdur. VÖEN-in bağlanması qısa çəkən proses deyil və bu əsassız tələblər həmin insanların belə çətin şəraitdə dəstəkdən məhrum edilməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, VÖEN aktiv deyilsə, onun mövcudluğu birdəfəlik ödəmənin verilməsi üçün kriteriya olaraq qəbul edilməməlidir. Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiqlənmiş "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları”nın 2.3.9-cu bəndindən də açıq-aydın göründüyü kimi, fəaliyyəti dayandırılmış, yəni VÖEN-i passiv olan vətəndaşların birdəfəlik yardım üçün müraciət etmək hüququ vardır və heç kim onlardan VÖEN-in ləğv olunmasını tələb edə bilməz. (report)

Ceyhun Məmmədov: “Qafqazın Xirosiması” yenidən dirçəlir

15:11 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ceyhun Məmmədov: “Qafqazın Xirosiması” yenidən dirçəlir

93

0
Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib 

15:01 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib 

74

0
Aİ rəsmisi: "Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək veririk"

14:45 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aİ rəsmisi: "Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək veririk"

94

0
“Yeni Konstitusiya referendumda rədd edilərsə, istefa verəcəyəm” - Paşinyan

14:32 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

“Yeni Konstitusiya referendumda rədd edilərsə, istefa verəcəyəm” - Paşinyan

95

0
Ukraynalı parlamentarilər Azərbaycana səfər edib 

14:26 / 19 Noyabr 2026

DÜNYA DÜNYA

Ukraynalı parlamentarilər Azərbaycana səfər edib 

122

0
Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başa çatıb - VİDEO - YENİLƏNİB

14:15 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başa çatıb - VİDEO - YENİLƏNİB

97

0
İlham Əliyev Vyetnama gedəcək 

14:11 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev Vyetnama gedəcək 

93

0
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır

14:03 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır

113

0
Hamı bu şəkillərdə “zombi”yə bənzəyir – Biometrik şəxsiyyət vəsiqələrində niyə eybəcər düşürük?

13:53 / 19 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hamı bu şəkillərdə “zombi”yə bənzəyir – Biometrik şəxsiyyət vəsiqələrində niyə eybəcər düşürük?

123

0
Prezident: Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır

13:47 / 19 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezident: Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır

102

0
Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir

13:43 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir

116

0
Prezident: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır

13:38 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır

113

0