Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır
19 Noyabr 2026, 12:07
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
38
19.11.2026, 12:45
“Sahilboyu ərazilərdə torpaqların istifadəyə verilməsi mexanizminə gəlincə, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyən şəxslər üçün müvafiq qaydalar müəyyənləşdiriləcək”.
Oxu24.com xəbər verir ki, bunu Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, torpaqların icarəyə və istifadəyə verilməsi qaydaları hər yerdə eyni deyil: “Bu ərazilərə şərti olaraq xüsusi ərazi kimi yanaşılacaq. Burada torpaqların hansı hüquqi əsaslarla istifadəyə veriləcəyi – istifadə, icarə və ya mülkiyyət hüququnun tətbiq olunacağı müəyyənləşdirilməlidir. Bir mütəxəssis kimi hesab edirəm ki, bu ərazilərdə mülkiyyət hüququnun verilməsi çox nadir hallarda mümkün olmalıdır. Ümumiyyətlə, hazırkı qanunvericilikdə də belə ərazilərdə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulmur. Lakin əvvəlki dövrlərdə, xüsusilə 1990-cı və 2000-ci illərin əvvəllərində bəzi şəxslərə qanunvericiliyə uyğun olaraq həmin ərazilərdə müəyyən əmlaklar verilib.
Bu gün orada biznes fəaliyyəti ilə məşğul olan, obyektləri mövcud olan sahibkarlar da var. Həmin məsələlərə də müvafiq qaydada baxılacaq. Torpaqların istifadəyə verilməsi mexanizminə gəlincə, məsələn, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyən şəxslər üçün müvafiq qaydalar müəyyənləşdiriləcək. Bundan sonra bir pəncərə prinsipi əsasında istənilən vətəndaş və ya fiziki şəxs yaradılacaq coğrafi informasiya sisteminə daxil olaraq ərazini seçə və müraciət edə biləcək.
Necə ki, bu gün kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi ilə bağlı elektron kənd təsərrüfatı informasiya sistemi mövcuddur, burada da oxşar rəqəmsal torpaq idarəetməsi resursu yaradılacaq. Vətəndaş həmin sistem vasitəsilə istədiyi ərazini seçərək qanunvericiliklə müəyyən edilmiş hüquqlarını reallaşdırmaq üçün müraciət edə biləcək. Müraciət elektron qaydada müvafiq quruma daxil olacaq. Daha sonra zərurət yarandıqda yerquruluşu işləri aparılacaq, aidiyyəti dövlət orqanları ilə razılaşdırmalar həyata keçiriləcək və müvafiq rəylər alınacaq.
Məsələn, şəxs çimərlik fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bu zaman gigiyenik tələblərə uyğunluqla bağlı səhiyyə orqanlarının, həmçinin Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri alınmalıdır. Bütün razılaşdırmalar və rəylər əldə olunduqdan sonra müvafiq qərar qəbul ediləcək və icarə müqaviləsi bağlanılacaq. Mexanizm ümumilikdə belə nəzərdə tutulur. Əsas məsələ isə bu qaydaların qanunvericilikdə təsbit edilməsidir”.qafqazinfo
12:56 / 19 Noyabr 2026
26
12:41 / 19 Noyabr 2026
55
12:27 / 19 Noyabr 2026
44
12:13 / 19 Noyabr 2026
68
12:07 / 19 Noyabr 2026
76
11:57 / 19 Noyabr 2026
79
11:45 / 19 Noyabr 2026
85
11:30 / 19 Noyabr 2026
108
11:15 / 19 Noyabr 2026
88
11:10 / 19 Noyabr 2026
89
11:05 / 19 Noyabr 2026
96
11:00 / 19 Noyabr 2026
106
11:00 / 19 Noyabr 2026
111
10:55 / 19 Noyabr 2026
102
10:47 / 19 Noyabr 2026
100
10:32 / 19 Noyabr 2026
400
10:21 / 19 Noyabr 2026
298
10:19 / 19 Noyabr 2026
395
10:11 / 19 Noyabr 2026
106
10:07 / 19 Noyabr 2026
135
09:58 / 19 Noyabr 2026
849
09:56 / 19 Noyabr 2026
146
09:48 / 19 Noyabr 2026
181
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.