Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib
19 Noyabr 2026, 15:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
51
19.11.2026, 14:45
Azərbaycan Avropa İttifaqının (Aİ) dəstəyi ilə kibertəhlükəsizlik sahəsində yeni layihələr həyata keçirir.
O xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gediminas Varanavičius Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı (ICCD2026) çərçivəsində panel müzakirələrində bildirib.
"Azərbaycanla əməkdaşlığımız siyasi dialoq çərçivəsindən kənara çıxır. Hal-hazırda biz Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlığın artırılması üzrə layihənin ikinci mərhələsini həyata keçiririk. Layihə praktiki fəaliyyətləri dəstəkləyir və yerli səviyyədə konkret imkanların formalaşdırılmasına xidmət edir. Ötən ilin oktyabr ayında Azərbaycanda "Kritik İnfrastrukturun Müdafiəsi Çağırışı" (Critical Infrastructure Defense Challenge) adlı tədbir təşkil olunub. Bu, dövlət qurumları, kritik infrastruktur, bankçılıq və telekommunikasiya sektorlarını təmsil edən 25 komandanın iştirak etdiyi genişmiqyaslı beynəlxalq kibertəlim olub. Layihəmiz vasitəsilə təlimin infrastrukturuna dəstək göstərdik, həmçinin Moldova, Qırğızıstan və Tacikistan kimi ölkələrdən olan komandaların iştirakına şərait yaratdıq. İştirakçılar virtual "ağıllı şəhər" infrastrukturuna əsaslanan real hücum ssenariləri üzərində işləyərək öz bacarıqlarını sınaqdan keçirdilər. Bu, praktiki təlimlərin milli imkanların gücləndirilməsinə necə töhfə verə biləcəyinin yaxşı nümunəsidir", - deyə o qeyd edib.
Bundan başqa, müvəqqəti işlər vəkilinin sözlərinə görə, bu ilin aprel ayında Azərbaycanın müvafiq qurumları ilə birgə kibertəhlükəsizlik risklərinin idarə olunması üzrə bir sıra təlim sessiyalarının keçirilməsinə dəstək verilib: "Sessiyalarda risklərin qiymətləndirilməsi, təşkilati məsuliyyətlər və hazırlıq səviyyəsi kimi praktiki məsələlərə diqqət yetirildi. Həmçinin kibertəhlükəsizlik sahəsində Avropa İttifaqının təcrübə və yanaşmalarından istifadə olundu. Üçüncü tədbir isə elə ötən ay keçirilən süni intellekt və kibertəhlükəsizlik üzrə seminar olub. Seminarda Azərbaycanın kritik infrastrukturu və dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh rəhbər şəxslər bir araya gəliblər. Tədbir çərçivəsində süni intellektlə əlaqədar yaranan yeni kibertəhlükəsizlik risklərinin aradan qaldırılması, eləcə də Avropa İttifaqının təcrübəsinə əsaslanaraq bu təhdidlərin müəyyənləşdirilməsi və idarə olunması üzrə ekspert dəstəyi təqdim etdik".
G.Varanavičius əlavə edib ki, Aİ Azərbaycanla rəqəmsal əməkdaşlığı yeni mərhələyə daşımağa hazırlaşır: "Qarşıda Azərbaycanla bu sahədə əlaqələrimizi daha da gücləndirəcək mühüm siyasi çərçivəmiz də var. Söhbət 2026–2030-cu illəri əhatə edəcək yeni Aİ–Azərbaycan Tərəfdaşlıq Prioritetlərindən gedir. Hazırda danışıqların yekun mərhələsində olan bu prioritetlərdə enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsallaşma və dayanıqlı infrastruktur məsələlərinə mühüm yer ayrılır. Sənəd həm də Aİ–Azərbaycan Bağlantı Tərəfdaşlığı çərçivəsində süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığı da nəzərdə tutur. Bütün bunlar təcrübə mübadiləsi aparmaq, praktiki həllər hazırlamaq və əməkdaşlığımızı daha da möhkəmləndirmək üçün möhkəm zəmin yaradır".
15:01 / 19 Noyabr 2026
5
14:32 / 19 Noyabr 2026
63
14:26 / 19 Noyabr 2026
92
14:15 / 19 Noyabr 2026
69
14:11 / 19 Noyabr 2026
72
14:03 / 19 Noyabr 2026
101
13:53 / 19 Noyabr 2026
106
13:47 / 19 Noyabr 2026
91
13:43 / 19 Noyabr 2026
100
13:38 / 19 Noyabr 2026
101
13:34 / 19 Noyabr 2026
105
13:28 / 19 Noyabr 2026
94
13:22 / 19 Noyabr 2026
93
13:15 / 19 Noyabr 2026
107
13:09 / 19 Noyabr 2026
131
12:56 / 19 Noyabr 2026
126
12:45 / 19 Noyabr 2026
107
12:41 / 19 Noyabr 2026
131
12:27 / 19 Noyabr 2026
102
12:13 / 19 Noyabr 2026
108
12:07 / 19 Noyabr 2026
109
11:57 / 19 Noyabr 2026
123
11:45 / 19 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.