Qaynar xətt:

(+99450) 247 90 86

Prezident: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır

Prezident: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır

SİYASƏT

49

19.11.2026, 13:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.

Oxu24.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib.

“Azərbaycan ərazi bütövlüyü, ölkəmizin suverenliyi və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində göstərilən dəstəyə, həmçinin 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır”, - dövlət başçısı qeyd edib.