Qaynar xətt:

(+99450) 247 90 86

Alman dəqiqliyi, sərt qiymətləndirmə və “dual təhsil”: Azərbaycan–Almaniya Universiteti nə gətirəcək? — EKSPERT ŞƏRHİ  

Alman dəqiqliyi, sərt qiymətləndirmə və “dual təhsil”: Azərbaycan–Almaniya Universiteti nə gətirəcək? — EKSPERT ŞƏRHİ  

CƏMİYYƏT

47

19.11.2026, 15:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan və Almaniya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni birgə universitet layihəsinin yaradılması gündəmə gəlib. Xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında potensial Azərbaycan-Almaniya Universiteti layihəsinin başlanmasında maraqlı olduqlarını rəsmən bəyan edib. Bu mühüm təşəbbüsün ölkəmizdə artıq uğurla fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) və İtaliya-Azərbaycan Universiteti kimi ikitərəfli modellərin məntiqi davamı olması nəzərdə tutulur. Avropanın aparıcı elm və sənaye nəhəngi olan Almaniya ilə birgə ali təhsil ocağının qurulması yerli təhsil mühitinin beynəlmiləlləşməsi baxımından yeni imkanlar açır. Mütəxəssislər hesab edirlər ki, bu addım təkcə kadr hazırlığı ilə məhdudlaşmayacaq, həm də ölkədəki digər ali məktəblərin tədris keyfiyyətinə ciddi təsir göstərəcək. Xüsusilə mühəndislik, texnologiya və tətbiqi elmlər sahəsində alman təcrübəsinin tətbiqi əmək bazarının real tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsinə zəmin yaradacaq. Eyni zamanda, bu layihə azərbaycanlı gənclərin ölkəni tərk etmədən öz vətənlərində beynəlxalq standartlara uyğun və qlobal səviyyədə tanınan diplom almasına şərait yaradacaq. Digər tərəfdən, yeni universitetin fəaliyyəti daxili ali təhsil bazarında sağlam rəqabət mühitini formalaşdıraraq mövcud universitetləri də müasirləşməyə sövq edəcək. Bəs Azərbaycan-Almaniya Universitetinin yaradılması ölkənin ali təhsil sisteminə konkret hansı yenilikləri gətirə bilər? Almaniyanın təhsil modelinin və akademik standartlarının tətbiqi Azərbaycan universitetlərinin beynəlxalq rəqabət qabiliyyətinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Azərbaycan və Almaniya arasında təhsil əlaqələrinin yeni institusional mərhələyə qədəm qoyması və birgə Azərbaycan–Almaniya Universitetinin yaradılması təşəbbüsü ölkəmizin ali təhsil sisteminin beynəlmiləlləşməsi baxımından mühüm strateji hadisədir:

"Xarici işlər naziri Ceyhun Bayramovun almaniyalı həmkarı Yohann Vadeful ilə birgə mətbuat konfransında bu layihənin sürətlə irəli aparılmasında maraqlı olduqlarını bəyan etməsi təsadüfi deyil. İndiyədək dövlət proqramları və Alman Akademik Mübadilə Xidməti (DAAD) xətti ilə mindən çox azərbaycanlı gəncin Almaniyada təhsil alması bu sahədə zəngin kadr bazası formalaşdırıb. Azərbaycan–Fransız Universiteti (UFAZ) və İtaliya–Azərbaycan Universiteti kimi uğurlu ikitərəfli modellərin ardınca Almaniya kimi sənaye və elm nəhəngi ilə birgə ali təhsil ocağının qurulması Azərbaycanda Avropa təhsil məkanına inteqrasiyanı daha da dərinləşdirəcək”.

Ekspertin sözlərinə görə, alman ali təhsil ənənələrinin ölkəmizə gətirilməsi hər şeydən əvvəl təhsil və elmin vəhdətinə əsaslanan məşhur "Humboldt modeli"nin və tətbiqi elmlər universitetləri (Fachhochschule) fəlsəfəsinin yerli mühitə transferi deməkdir. Almaniya ali məktəbləri dünyada nəzəri biliklərin birbaşa sənaye, mühəndislik və istehsalatla sıx inteqrasiyası ilə seçilir. Bu modelin Azərbaycanda tətbiqi ali təhsil sistemimizə "dual təhsil" elementlərini, laboratoriyayönümlü tədqiqat mədəniyyətini və sənaye sifarişlərinə əsaslanan kurikulumları gətirəcək:

“Xüsusilə yaşıl enerji, maşınqayırma, kimya texnologiyaları, süni intellekt və sənaye menecmenti kimi sahələrdə alman mühəndislik məktəbinin təcrübəsi ölkəmizin real iqtisadi sektorunun yüksəkixtisaslı kadr ehtiyaclarını yerindəcə qarşılamağa imkan verəcək.

Belə bir universitetdə Almaniyanın akademik standartlarının və tədris metodlarının tətbiqi Azərbaycanın digər ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinə də güclü təsir göstərəcək”.

İlqar Orucov qeyd edib ki, alman ali təhsilinin ən mühüm xüsusiyyəti tələbədən yüksək akademik intizam, müstəqil tədqiqat bacarığı və tənqidi təfəkkür tələb edən sərt qiymətləndirmə sistemidir. Bizdə uzun illər formalaşmış "universitetə qəbul olmaq çətin, bitirmək isə asandır" yanaşmasının əksinə olaraq, alman modeli bilik və bacarığı olmayan tələbəyə formal diplom verilməsini istisna edir. Eyni zamanda, ikili diplom proqramları, Avropa Kredit Transfer Sisteminin (AKTS) formal deyil, mahiyyəti üzrə tətbiqi və beynəlxalq akkreditasiya mexanizmləri daxili təhsil bazarında sağlam rəqabət mühiti yaradacaq. Yerli universitetlər bu yeni akademik standartlarla rəqabət aparmaq üçün öz idarəetmə modellərini, elmi-tədqiqat infrastrukturunu və müəllim heyətinin peşəkarlıq meyarlarını yeniləməyə məcbur olacaqlar.

Alman ali təhsil ənənələrinin ölkəmizə gətirilməsini həm də akademik muxtariyyət və tədqiqat mədəniyyətinin inkişafı baxımından dəyərləndirmək lazımdır. Almaniya universitetləri yalnız tədris müəssisəsi deyil, həm də patentlərin, innovativ startapların və fundamental elmi kəşflərin doğulduğu elm və innovasiya ocaqlarıdır. Bu ənənənin Azərbaycanda kök salması ali məktəblərimizin klassik tədris modelindən müasir "tədqiqat universiteti" statusuna keçidini sürətləndirəcək, həmçinin gənclərimizin ölkəni tərk etmədən Bakıda Almaniya keyfiyyətində və beynəlxalq səviyyədə tanınan ali təhsil almasına şərait yaradacaq.

Ekspert Almaniyadakı akademik mühit, tədrisin keyfiyyəti, müəllim-tələbə münasibətləri və universitetlərin yaratdığı elmi-praktiki imkanlar barədə yaxından məlumatlı olduğunu vurğulayıb:

“Canlı müşahidələrə əsaslanaraq birmənalı şəkildə deyə bilərəm ki, oturuşmuş, zəngin tarixi ənənələrə malik, dünyanın üçüncü, Avropanın isə birinci iqtisadiyyatı olan Almaniyanın bu qlobal gücünü məhz onun təhsil sistemi şərtləndirir, elmi tədqiqatlar və innovasiyalar onu daha da qüdrətli edir.

Hesab edirəm ki, potensial Azərbaycan–Almaniya Universiteti layihəsi sadəcə yeni bir təhsil ocağının açılması deyil, ölkəmizin insan kapitalının keyfiyyət transformasiyasına yönəlmiş strateji investisiyadır. Əgər bu layihə alman akademik dəqiqliyi, şəffaf idarəetmə prinsipləri və real sənaye tərəfdaşlığı üzərində qurulsa, həm Azərbaycan ali təhsilinin qlobal reytinqlərdəki mövqeyini gücləndirəcək, həm də regionda cəlbedici beynəlxalq təhsil mərkəzinin formalaşmasına həlledici töhfə verəcək".

Çimnaz Telmanqızı

Hövsanda dənizin rəngi dəyişdi – Səbəb boru işləri ola bilər (FOTO)

15:11 / 19 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hövsanda dənizin rəngi dəyişdi – Səbəb boru işləri ola bilər (FOTO)

67

0
Ceyhun Məmmədov: “Qafqazın Xirosiması” yenidən dirçəlir

15:11 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ceyhun Məmmədov: “Qafqazın Xirosiması” yenidən dirçəlir

94

0
Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib 

15:01 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib 

75

0
Aİ rəsmisi: "Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək veririk"

14:45 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aİ rəsmisi: "Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək veririk"

96

0
“Yeni Konstitusiya referendumda rədd edilərsə, istefa verəcəyəm” - Paşinyan

14:32 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

“Yeni Konstitusiya referendumda rədd edilərsə, istefa verəcəyəm” - Paşinyan

95

0
Ukraynalı parlamentarilər Azərbaycana səfər edib 

14:26 / 19 Noyabr 2026

DÜNYA DÜNYA

Ukraynalı parlamentarilər Azərbaycana səfər edib 

123

0
Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başa çatıb - VİDEO - YENİLƏNİB

14:15 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başa çatıb - VİDEO - YENİLƏNİB

98

0
İlham Əliyev Vyetnama gedəcək 

14:11 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev Vyetnama gedəcək 

93

0
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır

14:03 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır

114

0
Hamı bu şəkillərdə “zombi”yə bənzəyir – Biometrik şəxsiyyət vəsiqələrində niyə eybəcər düşürük?

13:53 / 19 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hamı bu şəkillərdə “zombi”yə bənzəyir – Biometrik şəxsiyyət vəsiqələrində niyə eybəcər düşürük?

124

0
Prezident: Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır

13:47 / 19 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezident: Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır

102

0
Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir

13:43 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir

118

0