Hamı bu şəkillərdə “zombi”yə bənzəyir – Biometrik şəxsiyyət vəsiqələrində niyə eybəcər düşürük?
19 Noyabr 2026, 13:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
42
19.11.2026, 13:47
Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnam xalqlarını, dövlətlərini birləşdirən möhkəm körpü rolunu oynayır.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib:
"Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib".
Prezident İlham Əliyev vurğulayıb ki, xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir:
"Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər".
13:53 / 19 Noyabr 2026
9
13:43 / 19 Noyabr 2026
43
13:38 / 19 Noyabr 2026
55
13:34 / 19 Noyabr 2026
59
13:28 / 19 Noyabr 2026
54
13:22 / 19 Noyabr 2026
54
13:15 / 19 Noyabr 2026
62
13:09 / 19 Noyabr 2026
95
12:56 / 19 Noyabr 2026
96
12:45 / 19 Noyabr 2026
70
12:41 / 19 Noyabr 2026
100
12:27 / 19 Noyabr 2026
69
12:13 / 19 Noyabr 2026
91
12:07 / 19 Noyabr 2026
94
11:57 / 19 Noyabr 2026
101
11:45 / 19 Noyabr 2026
101
11:30 / 19 Noyabr 2026
129
11:15 / 19 Noyabr 2026
111
11:10 / 19 Noyabr 2026
103
11:05 / 19 Noyabr 2026
127
11:00 / 19 Noyabr 2026
150
11:00 / 19 Noyabr 2026
123
10:55 / 19 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.