Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
794
22.07.2026, 17:28
Valideynin vəfatından sonra onun adına qeydiyyatda olan avtomobilin hansı qaydada vərəsələr arasında bölünməsi və ən doğru hüquqi yolun necə olduğu vətəndaşların tez-tez qarşılaşdığı məsələlərdəndir.
Bu barədə Oxu24.com-a açıqlama verən vəkil Fərid Yaqublu bildirib ki, mərhumun adına olan avtomobil heç bir halda avtomatik olaraq həyat yoldaşının və ya övladlarının adına keçmir. Bunun üçün qanunvericiliyin müəyyən etdiyi vərəsəlik proseduru həyata keçirilməlidir.
Vəkilin sözlərinə görə, ilk növbədə notariat orqanında vərəsəlik işi açılmalı, mərhumun qanuni vərəsələri müəyyən edilməli və hər birinin miras payı rəsmiləşdirilməlidir. Yalnız bu prosedur başa çatdıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun kimə məxsus olacağı müəyyən edilir.
Fərid Yaqublu qeyd edib ki, qanunvericiliyə əsasən mərhumun həyat yoldaşı və övladları birinci növbəli vərəsələr hesab olunurlar. Bu səbəbdən avtomobil üzərində onların hər birinin qanuni pay hüququ yaranır. Lakin vərəsələr öz aralarında razılığa gələ və pay bölgüsünü fərqli şəkildə həll edə bilərlər.
"Əgər ana öz miras payından övladının xeyrinə imtina etmək istəyirsə, bu tamamilə mümkündür. Bunun üçün notariat qaydasında müvafiq ərizə verilir və imtina rəsmiləşdirilir. Bu halda avtomobil üzərində mülkiyyət hüququ tam şəkildə digər vərəsənin adına keçirilə bilər", – deyə vəkil bildirib.
Onun sözlərinə görə, vərəsəlik hüququ haqqında şəhadətnamə alındıqdan sonra avtomobil Dövlət Yol Polisi orqanlarında yeni sahibin adına qeydiyyata alınmalıdır. Yalnız bundan sonra həmin şəxs avtomobili satmaq, bağışlamaq və ya digər hüquqi əməliyyatlar aparmaq hüququ əldə edir.
Vəkil vurğulayıb ki, bəzi hallarda vətəndaşlar avtomobili uzun illər mərhumun adına saxlayırlar. Bu isə gələcəkdə alqı-satqı, sığorta, qeydiyyat və digər hüquqi məsələlər zamanı ciddi çətinliklər yaradır.
"Vərəsəlik məsələləri vaxtında həll edilməlidir. Əks halda həm sənədləşmə prosesi uzanır, həm də ailə üzvləri arasında əlavə hüquqi mübahisələr yarana bilir. Ona görə də vətəndaşlara tövsiyəmiz odur ki, miras qalan əmlak, o cümlədən avtomobillə bağlı bütün prosedurları qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirsinlər", – deyə Fərid Yaqublu əlavə edib.
Vəkil hesab edir ki, mirasın bölüşdürülməsi zamanı qanuni prosedurlara əməl olunması həm vərəsələrin hüquqlarının qorunmasına, həm də gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına xidmət edir. Buna görə də hər hansı anlaşılmazlıq yarandıqda hüquqi məsləhət almaq və vərəsəlik prosedurunu rəsmi qaydada həyata keçirmək ən doğru addım hesab olunur.
12:56 / 11 Oktyabr 2026
1
12:44 / 11 Oktyabr 2026
49
12:32 / 11 Oktyabr 2026
147
12:29 / 11 Oktyabr 2026
63
12:25 / 11 Oktyabr 2026
79
12:20 / 11 Oktyabr 2026
101
12:10 / 11 Oktyabr 2026
224
11:55 / 11 Oktyabr 2026
73
11:30 / 11 Oktyabr 2026
781
11:24 / 11 Oktyabr 2026
85
11:21 / 11 Oktyabr 2026
90
11:13 / 11 Oktyabr 2026
397
11:07 / 11 Oktyabr 2026
67
10:48 / 11 Oktyabr 2026
673
10:43 / 11 Oktyabr 2026
82
10:29 / 11 Oktyabr 2026
90
10:20 / 11 Oktyabr 2026
111
10:02 / 11 Oktyabr 2026
489
09:41 / 11 Oktyabr 2026
227
09:36 / 11 Oktyabr 2026
77
09:25 / 11 Oktyabr 2026
114
09:10 / 11 Oktyabr 2026
3797
09:10 / 11 Oktyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.