Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?
09 Noyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
4245
09.07.2026, 10:53
Yaşayış binalarının dəhlizlərindəki qonşunu izləyən kameralar qanunsuz sayıla bilər.
Oxu24.com xəbər verir ki, bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul olunub.
Belə ki, baxılan işdə tərəflər yaşayış binasının eyni girişində, eyni mərtəbəsində yaşayan qonşular olub. Qarşı tərəf cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının onun şəxsi həyatının toxunulmazlığı hüququnu pozduğu ilə bağlı məhkəməyə müraciət edib.
Ali Məhkəmə qərarda qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.
Qərarda vurğulanıb ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də bu məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər.
Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.
Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.
Konkret iş üzrə Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş, zəruri və proporsional tədbir hesab edib.
Həmçinin məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.
Bu hüquqi mövqeyə əsaslanaraq Ali Məhkəmə qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul etməklə yanaşı, onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını da qanuni hesab edib.
05:37 / 10 Noyabr 2026
51
05:27 / 10 Noyabr 2026
52
04:34 / 10 Noyabr 2026
91
04:12 / 10 Noyabr 2026
113
02:34 / 10 Noyabr 2026
133
02:02 / 10 Noyabr 2026
127
01:30 / 10 Noyabr 2026
255
01:19 / 10 Noyabr 2026
409
01:00 / 10 Noyabr 2026
182
00:25 / 10 Noyabr 2026
769
00:20 / 10 Noyabr 2026
147
00:14 / 10 Noyabr 2026
370
00:08 / 10 Noyabr 2026
139
23:52 / 09 Noyabr 2026
238
23:52 / 09 Noyabr 2026
1976
23:48 / 09 Noyabr 2026
146
23:42 / 09 Noyabr 2026
359
23:37 / 09 Noyabr 2026
407
23:32 / 09 Noyabr 2026
174
23:28 / 09 Noyabr 2026
184
23:23 / 09 Noyabr 2026
147
23:17 / 09 Noyabr 2026
229
23:12 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.