Qaynar xətt:

(+99450) 247 90 86

Pay torpağı mübahisələri: Geri almağın şərti AÇIQLANDI

Pay torpağı mübahisələri: Geri almağın şərti AÇIQLANDI

HÜQUQ

486

08.07.2026, 14:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Pay torpağım mənə və oğluma verilmişdi. Qardaşım müxtəlif bəhanələrlə mənə sənədlər imzalatdırdı. Sonradan məlum oldu ki, həmin sənədlərlə torpağı öz adına keçirib. Bu halda torpağı geri qaytara bilərəmmi?”

Bu sualı Oxu24.com-a ünvanlayan oxucunun müraciətini şərh edən vəkil Əli Kərimli bildirib ki, belə hallarda ilk növbədə hadisənin bütün hüquqi tərəfləri araşdırılmalıdır və yalnız “məni aldadıblar” demək kifayət etmir.Azərbaycan qanunvericiliyində əqdin aldatma yolu ilə bağlanması halları nəzərdə tutulur və əgər bu fakt sübuta yetirilərsə, həmin əqdin etibarsız hesab olunması mümkündür.

“Praktikada biz bu cür müraciətlərlə tez-tez rastlaşırıq. Vətəndaş bildirir ki, sənədi oxumadan imzalayıb və ya ona başqa məzmunlu sənəd kimi təqdim olunub. Lakin hüquqi baxımdan bir sənədə imza atan şəxsin həmin sənədin məzmunu ilə tanış olduğu və onu öz iradəsi ilə imzaladığı prezumpsiyası mövcuddur. Başqa sözlə desək, qanun ilkin olaraq hesab edir ki, imza atan şəxs nəyi imzaladığını bilir”, – deyə vəkil bildirib.

Əli Kərimli qeyd edib ki, məhkəmədə belə iddiaların təmin olunması üçün aldatma faktı konkret sübutlarla təsdiqlənməlidir.

“Əgər şəxs iddia edirsə ki, sənəd ona başqa məqsədlə təqdim olunub, məzmun gizlədilib və ya aldadılaraq imza atmağa məcbur edilib, bütün bunlar məhkəmə araşdırması zamanı sübut edilməlidir. Çünki qarşı tərəf də öz növbəsində bildirəcək ki, heç bir aldatma olmayıb və sənəd könüllü şəkildə imzalanıb. Məhkəmə isə yalnız sübutlara əsasən qərar qəbul edir”, – deyə hüquqşünas vurğulayıb.

Onun sözlərinə görə, bu cür mübahisələrdə tərəflər arasındakı ailə münasibətləri də araşdırılır.

“Əgər söhbət qardaşlar və ya digər yaxın qohumlar arasında bağlanmış əqddən gedirsə, onların əvvəlki münasibətləri, sənədin hansı şəraitdə imzalanması, həmin vaxt kimlərin iştirak etməsi, şahid ifadələri, yazışmalar və digər sübutlar böyük əhəmiyyət daşıyır. Məhkəmə yalnız sənədə deyil, hadisənin bütün hallarına hüquqi qiymət verir”, – deyə vəkil bildirib.

Əli Kərimlinin sözlərinə görə, əgər vətəndaş oxuyub-yazmağı bacarmırsa, sağlamlıq vəziyyətinə görə sənədin məzmununu başa düşə bilməyibsə və ya iradəsini sərbəst ifadə etmək imkanında olmayıbsa, bu hallar da hüquqi baxımdan ayrıca qiymətləndirilə bilər.

“Belə vəziyyətlərdə ekspertiza təyin oluna, tibbi sənədlər araşdırıla və digər sübutlar toplana bilər. Lakin yenə də bütün bunlar məhkəmədə əsaslandırılmalıdır. Təkcə ‘məni aldadıblar’ demək hüquqi nəticə yaratmır”, – deyə o bildirib.

Vəkil vurğulayıb ki, vətəndaşlar gələcəkdə oxşar problemlərlə üzləşməmək üçün imzaladıqları hər bir sənədə ciddi yanaşmalıdırlar.

“Ən böyük səhvlərdən biri sənədi oxumadan imzalamaqdır. İnsanlar çox vaxt yaxın qohumlarına güvənərək sənədin məzmununa baxmırlar. Halbuki imza hüquqi məsuliyyət yaradır. Buna görə də istənilən sənədi imzalamazdan əvvəl onun bütün bəndləri diqqətlə oxunmalı, başa düşülməyən məqamlar hüquqşünasla dəqiqləşdirilməlidir. Əgər sənəd daşınmaz əmlak, pay torpağı və ya digər mühüm əmlak hüquqları ilə bağlıdırsa, peşəkar hüquqi məsləhət almaq xüsusilə vacibdir”, – deyə Əli Kərimli bildirib.

Vəkil sonda qeyd edib ki, əgər həqiqətən aldatma yolu ilə torpaq başqasının adına keçirilibsə və bu fakt məhkəmədə sübut olunarsa, həmin əqdin etibarsız hesab edilməsi və əmlakın əvvəlki sahibinə qaytarılması qanunvericilik çərçivəsində mümkündür. Bunun üçün isə vətəndaş vaxt itirmədən məhkəməyə müraciət etməli və iddiasını hüquqi sübutlarla əsaslandırmalıdır.

Nigar 

Müşavir vəzifəsindən çıxdı - Şöbə müdiri təyin olundu 

10:33 / 27 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müşavir vəzifəsindən çıxdı - Şöbə müdiri təyin olundu 

110

0
Prezident  və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar 

10:30 / 27 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Prezident  və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar 

51

0
Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb 

10:16 / 27 Sentyabr 2026

DÜNYA DÜNYA

Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb 

55

0
VƏTƏNİ HƏR ŞEYDƏN UCA TUTDULAR - Milli Məclisin deputatı Ceyhun Məmmədov

10:10 / 27 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

VƏTƏNİ HƏR ŞEYDƏN UCA TUTDULAR - Milli Məclisin deputatı Ceyhun Məmmədov

63

0
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb 

10:00 / 27 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb 

50

0
"Məhz bu Zəfər nəticəsində dövlətimiz regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırdı"

09:50 / 27 Sentyabr 2026

MÜSAHİBƏ MÜSAHİBƏ

"Məhz bu Zəfər nəticəsində dövlətimiz regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırdı"

64

0
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 

09:49 / 27 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 

54

0
Türkiyə Ermənistanla gizli razılığa gəlib? - Sensassiyalı AÇIQLAMA  

09:46 / 27 Sentyabr 2026

DÜNYA DÜNYA

Türkiyə Ermənistanla gizli razılığa gəlib? - Sensassiyalı AÇIQLAMA  

422

0
Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik 

09:31 / 27 Sentyabr 2026

HƏRBİ HƏRBİ

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik 

53

0
Bakının bu ərazisində bulvar salınır - Video 

09:19 / 27 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakının bu ərazisində bulvar salınır - Video 

67

0
27 sentyabrdan sonra nə dəyişdi? — Əsrə bərabər  44 GÜN

09:14 / 27 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

27 sentyabrdan sonra nə dəyişdi? — Əsrə bərabər  44 GÜN

94

0
Azərbaycanın iqtisadi gücü: investisiyadan regional bağlantılara  

09:09 / 27 Sentyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Azərbaycanın iqtisadi gücü: investisiyadan regional bağlantılara  

60

0