Uşağın sizin övladınız olmadığı ortaya çıxarsa, nə etməlisiniz?
01 İyul 2026, 17:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
82
01.07.2026, 14:54
Ailədaxili əmlak bölgüsü ilə bağlı yaranan hüquqi məsələlər vətəndaşları ən çox maraqlandıran mövzulardan biri olaraq qalır. Xüsusilə valideynlərin sağlığında və ya ailə üzvlərinin razılığı əsasında daşınmaz əmlakın övladlardan birinin adına keçirilməsi sonradan müxtəlif mübahisələrə səbəb olur. Bir çox hallarda insanlar belə bir sualla üzləşirlər: bütün övladların razılığı ilə qızın adına keçirilmiş evi gələcəkdə gəlin və ya digər qohumlar geri tələb edə bilərmi?
Vəkil Xəyalə Cəfərova Oxu24.com-a açıqlamasında bildirib ki, əgər daşınmaz əmlak qanunvericiliyin tələblərinə uyğun şəkildə və bütün maraqlı şəxslərin razılığı ilə qızın adına keçirilibsə, həmin mülkiyyət hüququnun sonradan ləğv olunması və ya evin geri alınması mümkün deyil.
Hüquqşünas qeyd edib ki, bu məsələlərdə əsas meyar əmlakın hansı qaydada və kimlərin razılığı əsasında rəsmiləşdirilməsidir.
“Əgər ata vəfat etdikdən sonra ana bütün övladlarının razılığı ilə evi qızının adına keçiribsə və bu proses rəsmi qaydada həyata keçirilibsə, artıq həmin əmlak qızın şəxsi mülkiyyəti hesab olunur. Sonradan hər hansı qohumun və ya digər şəxsin bu əmlaka iddia etməsi hüquqi baxımdan əsaslı sayılmır”, – deyə vəkil bildirib.
Xəyalə Cəfərovanın sözlərinə görə, ailədə gəlinin hüquqi vəziyyəti də xüsusi əhəmiyyət daşıyır. Əgər gəlinin həyat yoldaşı, yəni mərhumun oğlu sağdırsa, onun razılığı əsas götürülür. Əgər oğul vəfat edibsə, həmin şəxsin miras hüquqları qanunvericiliyə uyğun olaraq həyat yoldaşına və övladlarına keçir.
“Belə hallarda mərhum oğulun payı onun ailə üzvlərinə keçdiyindən, onların da razılığı nəzərə alınmalıdır. Əgər bütün bu prosedurlar qanuna uyğun şəkildə həyata keçirilibsə və heç bir etiraz olmayıbsa, sonradan həmin əmlakın geri qaytarılması məsələsi gündəmə gələ bilməz”, – deyə hüquqşünas vurğulayıb.
Vəkil əlavə edib ki, mülkiyyət hüququ Azərbaycan qanunvericiliyi ilə qorunur və yalnız məhkəmə qərarı əsasında məhdudlaşdırıla və ya ləğv edilə bilər. Bunun üçün isə ciddi hüquqi əsasların mövcudluğu vacibdir.
“Əgər əmlakın qızın adına keçirilməsi zamanı saxtakarlıq, aldatma, məcburetmə və ya digər qanun pozuntuları baş verməyibsə, həmin mülkiyyət hüququ tam qanuni hesab olunur. Sadəcə sonradan fikir dəyişmək və ya peşman olmaq evin geri alınması üçün hüquqi əsas yaratmır”, – deyə Xəyalə Cəfərova bildirib.
Hüquqşünas vətəndaşlara tövsiyə edib ki, ailə daxilində əmlak bölgüsü aparılarkən bütün razılaşmalar yazılı şəkildə rəsmiləşdirilsin və notariat qaydasında təsdiqlənsin. Bu, gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısını almaq baxımından olduqca vacibdir.
“İnsanlar əmin olmalıdırlar ki, əgər bütün vərəsələrin razılığı ilə ev qızın adına keçirilibsə və bu, dövlət qeydiyyatında rəsmiləşdirilibsə, heç bir şəxs sonradan həmin əmlakı ondan ala bilməz. Qanun belə hallarda mülkiyyət sahibinin hüquqlarını tam şəkildə müdafiə edir”, – deyə vəkil yekunlaşdırıb.
Nigar
17:34 / 01 İyul 2026
7
17:27 / 01 İyul 2026
28
17:18 / 01 İyul 2026
36
17:03 / 01 İyul 2026
48
16:58 / 01 İyul 2026
54
16:57 / 01 İyul 2026
48
16:52 / 01 İyul 2026
50
16:39 / 01 İyul 2026
66
16:32 / 01 İyul 2026
112
16:00 / 01 İyul 2026
76
15:59 / 01 İyul 2026
78
15:55 / 01 İyul 2026
76
15:47 / 01 İyul 2026
80
15:41 / 01 İyul 2026
78
15:32 / 01 İyul 2026
81
15:31 / 01 İyul 2026
782
15:15 / 01 İyul 2026
103
14:56 / 01 İyul 2026
100
14:54 / 01 İyul 2026
74
14:52 / 01 İyul 2026
79
14:49 / 01 İyul 2026
76
14:48 / 01 İyul 2026
274
14:41 / 01 İyul 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.