Yarım milyon manatı vergidən yayındırma faktı üzrə məhkəmə başlayıb
11 Noyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
589
13.05.2026, 10:56
Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun Azərbaycan vəkilliyinin tarixində mühüm dönüş nöqtəsi olub.
Oxu24.com xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi zamanı deyib.
A.Bağırov bildirib ki, həmin qanunun qəbulundan sonra ilk dəfə olaraq vəkillik müstəqil hüquqi təsisat kimi formalaşıb, hakimiyyətin heç bir qolundan asılı olmayan peşə birliyi statusu qazanıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində məhkəmə prosesində bərabərhüquqlu tərəf kimi iştirak etməyə başlayıb.
Sədr çıxışında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və dəstək hüquq sisteminin təkmilləşdirilməsinə, müdafiə hüququnun daha səmərəli təmin olunmasına və vəkillik institutunun fəaliyyət imkanlarının genişlənməsinə şərait yaradıb.
Anar Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
21:14 / 11 Noyabr 2026
140
21:08 / 11 Noyabr 2026
226
21:05 / 11 Noyabr 2026
82
20:58 / 11 Noyabr 2026
88
20:49 / 11 Noyabr 2026
463
20:47 / 11 Noyabr 2026
80
20:28 / 11 Noyabr 2026
91
20:22 / 11 Noyabr 2026
115
20:19 / 11 Noyabr 2026
90
20:08 / 11 Noyabr 2026
95
19:57 / 11 Noyabr 2026
473
19:49 / 11 Noyabr 2026
122
19:43 / 11 Noyabr 2026
107
19:33 / 11 Noyabr 2026
132
19:19 / 11 Noyabr 2026
178
19:07 / 11 Noyabr 2026
118
18:42 / 11 Noyabr 2026
494
18:39 / 11 Noyabr 2026
262
18:35 / 11 Noyabr 2026
191
18:30 / 11 Noyabr 2026
231
18:29 / 11 Noyabr 2026
265
18:23 / 11 Noyabr 2026
153
18:17 / 11 Noyabr 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.