Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI
06 İyun 2026, 09:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
863
27.04.2026, 14:53
Ali Məhkəmə icra mərhələsində vərəsələr arasında yaranan mübahisələrin icra mexanizmi çərçivəsində həlli barədə izah verib.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Məlumata görə, Ali Məhkəmənin Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib.
Bildirilib ki, işin hallarına görə, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qarşı 17.500 manat maddi və 4.000 manat mənəvi ziyanın, ümumilikdə 21.500 manatın tutulmasına dair məhkəmə qərarı qəbul olunub və həmin qərar qismən icra edilib, lakin 20.250 manat ödənilməmiş qalıb. Daha sonra həm borclu, həm də zərərçəkmiş şəxs vəfat edib və onların hüquqi varisləri meydana çıxıb. Zərərçəkmiş şəxsin hüquqi varisi ödənilməmiş məbləği borclu tərəfin hüquqi varislərindən tələb edib, lakin icra mərhələsində vərəsəlik məsələlərinin tam rəsmiləşdirilməməsi səbəbindən icra orqanı icraata xitam verilməsi barədə qərar qəbul edib.
Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi yeni iddia tələbi ilə məhkəməyə müraciət edərək ödənilməmiş 20.250 manatın tutulmasını tələb edib. Məhkəmələr işə yenidən mahiyyəti üzrə baxaraq iddianı təmin edib.
Ali Məhkəmə isə işə baxarkən ilk növbədə vurğulayıb ki, məhkəməyə müraciət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunsa da, bu hüquq mütləq xarakter daşımır və yalnız qanunla müəyyən edilmiş prosessual qaydalar çərçivəsində həyata keçirilə bilər. Məhkəmə xüsusilə qeyd edib ki, məhkəmə müdafiəsi hüququ təkcə məhkəməyə formal müraciət imkanı deyil, həm də qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının təmin olunmasını və həmin aktların təkrar mübahisələndirilməsinin qarşısının alınmasını ehtiva edir.
Qərarda həmçinin vurğulanıb ki, icra mərhələsində borclu və ya tələbkarın vəfat etməsi halında onların hüquqi varislərinin icra icraatına cəlb edilməsi “İcra haqqında” Qanunun 31-ci maddəsinin birbaşa tələbidir. Məhkəmə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin olmaması mirasın faktiki qəbul edilməsi halında məsuliyyətdən azad etmir və miras əmlaka sahiblik və ondan istifadə faktı vərəsəliyin qəbulunu təsdiq edən əsas hüquqi göstəricidir. Buna görə də icra icraatında sıradan çıxmış tərəflərin əvəz edilməsi icra məmurunun vəzifəsidir və bu mexanizm işlədilmədən yeni məhkəmə icraatının açılması qanunvericiliyə ziddir.
Ali Məhkəmə həmçinin xüsusi olaraq qeyd edib ki, artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarı mövcud olduğu halda, eyni tələb üzrə yeni iddia qaldırılması mülki prosessual qanunvericiliyə əsasən yolverilməzdir və bu hal birbaşa prosessual hüquq normalarının pozulmasıdır. Məhkəmə izah edib ki, belə hallarda problem yeni məhkəmə icraatı ilə deyil, icra mexanizmi çərçivəsində, o cümlədən hüquqi varisliyin düzgün tətbiqi ilə həll edilməlidir.
Nəticə olaraq Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunub.
23:18 / 06 İyun 2026
72
22:27 / 06 İyun 2026
80
21:39 / 06 İyun 2026
93
21:39 / 06 İyun 2026
87
21:26 / 06 İyun 2026
99
21:09 / 06 İyun 2026
116
20:09 / 06 İyun 2026
150
19:55 / 06 İyun 2026
112
19:37 / 06 İyun 2026
1396
19:35 / 06 İyun 2026
152
19:32 / 06 İyun 2026
525
19:29 / 06 İyun 2026
152
19:10 / 06 İyun 2026
969
19:09 / 06 İyun 2026
113
19:03 / 06 İyun 2026
315
18:57 / 06 İyun 2026
125
18:40 / 06 İyun 2026
135
18:22 / 06 İyun 2026
134
17:54 / 06 İyun 2026
108
15:08 / 06 İyun 2026
144
15:05 / 06 İyun 2026
158
14:50 / 06 İyun 2026
307
14:44 / 06 İyun 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.