Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
26 Avqust 2026, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
13717
08.06.2026, 10:16
Diplomatlara yeni güzəştlər: Pensiyada 6 aylıq maaş həcmində birdəfəlik ödəniş veriləcək
Milli Məclisdə müzakirə olunan “Diplomatik xidmət haqqında” qanun layihəsinə təklif edilən yeni dəyişikliklər ölkənin xarici siyasət idarəçiliyində mühüm mərhələnin əsasını qoyur. Layihəyə əsasən, diplomatlara pensiyaya çıxarkən orta aylıq maaşlarının 6 misli həcmində birdəfəlik ödünişin verilməsi və maaş strukturuna yeni əlavələrin daxil edilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən siyasətçi, Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, sözügedən dəyişikliklər Azərbaycanın diplomatik xidmət sisteminin institusional inkişafı və peşəkar kadr potensialının gücləndirilməsi baxımından olduqca müsbət addımdır.
Elçin Mirzəbəyli vurğulayıb ki, diplomatik xidmət digər dövlət qulluğu sahələrindən köklü şəkildə fərqlənir və bu peşə sahiblərinin çiyinlərinə böyük məsuliyyət qoyur:
“Diplomatik xidmət yüksək məsuliyyət, xüsusi hazırlıq, xarici ölkələrdə fəaliyyət, ailədən və doğma sosial mühitdən uzun müddət uzaqda qalmaq kimi əlavə yük və məhdudiyyətlərlə müşayiət olunur. Bu baxımdan diplomatlara pensiyaya çıxarkən orta aylıq əməkhaqlarının altı misli həcmində birdəfəlik ödənişin verilməsi onların sosial təminatının yaxşılaşdırılmasına xidmət edən mühüm addımdır. Diplomatların sosial müdafiəsinin gücləndirilməsi həm beynəlxalq praktikaya, həm də dövlət maraqlarına tamamilə uyğun yanaşmadır”.
Onun sözlərinə görə, qanun layihəsində maaş strukturuna yeni əlavələrin daxil edilməsi peşənin cəlbediciliyini artıran əsas amillərdən biridir. Müasir dövrdə diplomatiyanın funksiyası vizual olaraq dəyişib və daha çoxşaxəli xarakter alıb:
“Müasir diplomatiya yalnız protokol fəaliyyəti deyil, həm də geosiyasi proseslərin idarə olunmasını tələb edir.
Bu sahə iqtisadi diplomatiya, informasiya təhlükəsizliyi, beynəlxalq hüquq və strateji kommunikasiyalar üzrə yüksək ixtisaslı kadrların fəaliyyətinə söykənir.
Rəqabətqabiliyyətli əməkhaqqı və sosial təminat mexanizmləri peşəkar mütəxəssislərin sistemdə qalmasını təmin edir və beyin axınının qarşısını alır”.
Azərbaycanın son illərdə həyata keçirdiyi fəal və çoxşaxəli xarici siyasət xəttinə diqqət çəkən E.Mirzəbəyli, xüsusilə postmünaqişə dövrünün gətirdiyi yeni reallıqları xatırladıb:
•Regionda yaranmış yeni geosiyasi mühit;
•Beynəlxalq təşkilatlarla intensivləşən əməkdaşlıq;
•İqtisadi və enerji diplomatiyasının miqyasının genişlənməsi.
Deputat qeyd edib ki, bütün bu faktorlar diplomatik korpusun üzərinə əlavə vəzifələr qoyur:
“Bu səbəbdən diplomatik xidmətin maddi və sosial təminatının gücləndirilməsi dövlətin xarici siyasət imkanlarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır".
Elçin Mirzəbəyli yekunda qeyd edib ki, bu qanun layihəsi sadəcə rəqəmlərdən ibarət sosial dəstək paketi kimi qəbul edilməməlidir:
“Hesab edirəm ki, sözügedən dəyişikliklər yalnız sosial xarakterli tədbir kimi deyil, həm də peşəkar diplomatik korpusun formalaşdırılması, təcrübəli kadrların sistemdə saxlanılması və gənc mütəxəssislərin diplomatik xidmətə cəlb olunması məqsədinə xidmət edən institusional islahat kimi qiymətləndirilməlidir. Uzunmüddətli perspektivdə bu addımlar Azərbaycanın diplomatik xidmətinin səmərəliliyinin artırılmasına ciddi müsbət təsir göstərəcək”.
Çimnaz Telmanqızı
10:34 / 26 Avqust 2026
1
10:15 / 26 Avqust 2026
31
10:07 / 26 Avqust 2026
40
09:47 / 26 Avqust 2026
49
09:36 / 26 Avqust 2026
51
09:28 / 26 Avqust 2026
59
09:14 / 26 Avqust 2026
61
09:02 / 26 Avqust 2026
53
09:00 / 26 Avqust 2026
58
08:56 / 26 Avqust 2026
63
23:47 / 25 Avqust 2026
288
23:01 / 25 Avqust 2026
317
22:30 / 25 Avqust 2026
364
22:26 / 25 Avqust 2026
130
21:47 / 25 Avqust 2026
124
21:29 / 25 Avqust 2026
123
21:14 / 25 Avqust 2026
133
20:56 / 25 Avqust 2026
125
20:29 / 25 Avqust 2026
144
20:09 / 25 Avqust 2026
92
20:01 / 25 Avqust 2026
94
19:56 / 25 Avqust 2026
96
19:22 / 25 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.