Bakının bu ərazilərində 3-6 saat işıq OLMAYACAQ
28 Sentyabr 2026, 05:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
638
06.06.2026, 21:26
Yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakının kirayə mənzil bazarında hər il müəyyən canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələnlər, turist axınının artması və tələbələrin yerləşmə axtarışları bazarda qiymətlərə təsir göstərən amillər sırasında göstərilir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak eksperti Elnur Azadov yay mövsümündə Bakı, Sumqayıt və Gəncə şəhərlərində təhsil alan tələbələrin geri dönüşü ilə kirayə mənzil fondunda müəyyən boşalmalar yaranır və bu, qiymətlərin nisbətən sabitləşməsinə səbəb olduğunu bildirib.
“İstirahət məqsədilə kirayəyə verilən bağ evləri seqmentində isə vəziyyət fərqlidir. Abşeron yarımadasında və Bakı ətrafında yerləşən bağ evlərinə maraq iyunun 15-20-dən sonra artmağa başlayır. Hazırda ev sahibləri bazarı qiymətləndirir və əmlaklarını ilkin mərhələdə daha yüksək qiymətlərlə təklif edirlər. Lakin iyunun ikinci yarısında bazarın real tələbi formalaşdıqca, qiymətlər də daha dəqiq müəyyənləşir", - deyə o bildirib.
Ekspert həmçinin vurğulayıb ki, bu il bazarda müəyyən fərqliliklər ola bilər: "Çünki Ərəb körfəzi ölkələrindən turist axınında azalmalar müşahidə olunur. Bununla belə, Rusiya və digər ölkələrdən gələn turistlərin sayında artım ola bilər. Hazırda bu barədə dəqiq proqnoz vermək çətindir. Bazar hələ formalaşma mərhələsindədir və kirayə verənlər tələbin səviyyəsini müəyyənləşdirməyə çalışırlar.
Şəhərin mərkəzi hissəsində, xüsusilə sutkalıq kirayə mənzillərə tələbat daha yüksəkdir. Subarenda məqsədilə istifadə olunan bir və ikiotaqlı mənzillərin tapılması əvvəlki illərlə müqayisədə çətinləşib. Bunun əsas səbəblərindən biri şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində həyata keçirilən söküntü işləridir".
E.Azadov onu da əlavə edib ki, pilot layihələr çərçivəsində köhnə yaşayış fondunun bir hissəsi dövriyyədən çıxır: "Nəticədə münasib qiymətə təklif olunan mənzillərin sayı azalır. Onların yerində inşa edilən yeni yaşayış binalarında isə mənzillər daha yüksək qiymətlərlə bazara çıxarılır. Bu da kirayə qiymətlərinə təsirsiz ötüşmür.
Hesab edirəm ki, kirayə mənzil bazarında əsas qiymət artımı ənənəvi olaraq avqust-sentyabr aylarında müşahidə olunacaq”./modern.az/
06:09 / 28 Sentyabr 2026
84
05:49 / 28 Sentyabr 2026
103
05:25 / 28 Sentyabr 2026
121
00:12 / 28 Sentyabr 2026
116
00:09 / 28 Sentyabr 2026
150
23:44 / 27 Sentyabr 2026
3447
23:31 / 27 Sentyabr 2026
89
23:24 / 27 Sentyabr 2026
96
23:06 / 27 Sentyabr 2026
88
23:02 / 27 Sentyabr 2026
378
22:58 / 27 Sentyabr 2026
85
22:55 / 27 Sentyabr 2026
98
22:37 / 27 Sentyabr 2026
762
22:03 / 27 Sentyabr 2026
99
21:49 / 27 Sentyabr 2026
850
21:30 / 27 Sentyabr 2026
327
21:29 / 27 Sentyabr 2026
77
21:12 / 27 Sentyabr 2026
231
21:06 / 27 Sentyabr 2026
74
21:00 / 27 Sentyabr 2026
159
20:59 / 27 Sentyabr 2026
95
20:47 / 27 Sentyabr 2026
264
20:38 / 27 Sentyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.