Müəllimlər maaş artımı üçün beş il gözləməməlidir
10 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
657
06.06.2026, 15:08
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Texniki Universitet və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçirilib.
Bu barədə Oxu24.com-a DTX-nin Heydər Əliyev adına Akademiyasından məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyin ölkəmizin gələcək inkişafında əsas prioritetlər kimi müəyyən olunduğunu nəzərə çatdırıb.
Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov rəqəmsal texnologiyaların milli təhlükəsizlik və iqtisadi dayanıqlılıqdakı strateji roluna toxunaraq, ali təhsil müəssisələrində müasir tədris proqramlarının hazırlanmasının dövrün tələbi olduğunu və konfransın əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTD) rəisinin birinci müavini Yaşar Əməşov kibercinayətkarlığın qarşısının alınması və kritik informasiya infrastrukturunun etibarlı mühafizəsinin dövlət təhlükəsizliyinin prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.
DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov innovativ həllərin yaratdığı yeni kiberrisklərdən bəhs edərək, rəqəmsal sübutların düzgün əldə edilməsinin cinayətlərin açılmasında həlledici rol oynadığını açıqlayıb.
Tədbirdə, həmçinin, AzTU-nun rektoru Vilayət Vəliyev, DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Milli Müdafiə Universitetinin rektor müavini Arif Həsənov, AKTA-nın icraçı direktoru Rauf Cabbarov və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək artan kibertəhdidlər qarşısında dövlət informasiya sistemlərinin mühafizəsi və rəqəmsal cinayətkarlığa qarşı mübarizə üçün elm, təhsil müəssisələri, eləcə də müvafiq dövlət qurumlarının birgə fəaliyyətinin zəruriliyini vurğulayıblar. Konfrans işini bölmə iclasları ilə davam etdirib.
23:59 / 10 Noyabr 2026
24
23:57 / 10 Noyabr 2026
37
23:55 / 10 Noyabr 2026
105
23:53 / 10 Noyabr 2026
52
23:47 / 10 Noyabr 2026
1126
23:43 / 10 Noyabr 2026
77
23:39 / 10 Noyabr 2026
102
23:28 / 10 Noyabr 2026
283
23:27 / 10 Noyabr 2026
195
23:17 / 10 Noyabr 2026
603
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
94
22:58 / 10 Noyabr 2026
110
22:55 / 10 Noyabr 2026
108
22:35 / 10 Noyabr 2026
105
22:30 / 10 Noyabr 2026
287
22:27 / 10 Noyabr 2026
91
22:19 / 10 Noyabr 2026
109
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
585
21:51 / 10 Noyabr 2026
101
21:49 / 10 Noyabr 2026
233
21:46 / 10 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.